
ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin SAYI AÇIQLANDI
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.
Gundem.today xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscadi "Mizan" agentliyinə verdiyi müsahibədə bildirib.
"Biz ölkə miqyasında düşmən zərbələri nəticəsində həlak olan 3 000-dən artıq şəxsin meyitini ailələrə təhvil vermişik. Meyitlərin təqribən 40 faizini tanımaq qeyri-mümkün idi, lakin məhkəmə-tibbi ekspertiza qurumunun imkanları və ehtiyatlarından istifadə edilərək onların şəxsiyyəti müəyyənləşdirildi və mərhumların ailələrinə verildilər", - deyə o bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMacarıstan NATO-dan çıxır?
Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib.
DünyaŞamil Ayrım: "Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesin içində yer almır"
"Regional məsələlər bölgə ölkələrinin iradəsi ilə həll edilməlidir. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında sülhə yönələn müzakirələri yaxından izləyirik".
DünyaPentaqon Vatikanı təhdid edib?
Yanvar ayında baş tutan qapalı görüş zamanı Pentaqon nümayəndələrinin Vatikanı təhdid etdikləri iddia olunur.
DünyaRusiyada əcnəbilərin deportasiyası üçün əsaslar artırıldı
Aprelin 13-də Rusiya Dövlət Dumasının Şurası əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir sıra qanun pozuntularına görə ölkədən deportasiya edilməsini nəzərdə tutan qanun layihəsini nəzərdən keçirməyə başlayacaq.