
Macarıstan NATO-dan çıxır?
Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib.
Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib.
Gundem.today xəbər verir ki, bu barədə baş nazirin dəftərxanasının rəhbəri Gergey Quyaş məlumat yayıb.
O qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin 7-8 aprel tarixlərində Budapeştə etdiyi səfər bu cür ssenarilərin gözlənilmədiyini sübut edib. Quyaş Macarıstanın ABŞ-dən sonra Şimali Atlantika Alyansından çıxa biləcəyi və Donald Tramp Administrasiyasının rəsmi Budapeştin digər Avropa ölkələri ilə birlikdə NATO-da oynadığı roldan narazı olması barədə xəbərləri məsuliyyətsiz və yalan təbliğat adlandırıb. Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan yaxşı və dostluq münasibətləri onsuz da bu cür məlumatları inkar edir:
"Mətbuatda yayılan fərziyyələrə gəlincə, Birləşmiş Ştatlar NATO-nun ən qüdrətli dövlətidir. Macarıstan etibarlı və yaxşı müttəfiqdir, biz ölkəmiz üçün maksimum təhlükəsizliyi təmin edə biləcək bir müdafiə alyansının üzvü olmağı vacib hesab edirik", - deyə Gergey Quyaş bildirib.
Xatırladaq ki, daha əvvəl D.Tramp ABŞ-nin NATO-dakı roluna yenidən baxacaqlarını bəyan etmişdi. Lakin bir çox ekspertlər bu sözləri alyansdan çıxmaq niyyəti kimi deyil, Ağ Evin Avropanın təhlükəsizliyindəki iştirakını azaltmaq, o cümlədən Avropa qitəsindəki qoşunlarının sayını ixtisar etmək istəyi kimi qiymətləndiriblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO
ABŞ-nin Arizona ştatında kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Dünyaİranın vitse-prezidenti: "Tehranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər"
"Tehranın rəqibləri heç bir zaman İranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər".
DünyaPaşinyan yenə Rusiyaya gedəcək
Ermənistan və Rusiya arasında yeni yüksəksəviyyəli görüş 2026-cı ilin iyun ayının ikinci yarısında planlaşdırılır.
DünyaYaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTO
İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ixracat 469 milyon bareldən (fevral) 263 milyon (mart) barelə düşüb, yəni ixracatda 206 milyon barel və ya 44 faiz azalma müşahidə olunub.