
Bağırsaq keçməzliyi və qan dövranı pozğunluğu: Qarın ağrısının gizli təhlükələri
Qarında yaranan ağrılar bəzən ciddi və həyati təhlükəli vəziyyətlərin xəbərçisi ola bilər.
Qarında yaranan ağrılar bəzən ciddi və həyati təhlükəli vəziyyətlərin xəbərçisi ola bilər.
Gundem.today xəbər verir ki, bu barədə ümumi praktika həkimi Kasim Axmed "Daily Mirror" nəşrinə verdiyi müsahibədə xəbərdarlıq edib. Mütəxəssis hansı ağrıların təcili tibbi müdaxilə tələb etdiyini açıqlayıb.
Həkimin sözlərinə görə, qəfildən başlayan və "içəridən dağıdıcı" təsir bağışlayan şiddətli qarın ağrılarına xüsusi diqqət yetirilməlidir. Bu əlamət böyük damarlarda qan dövranının pozulması ilə bağlı ola bilər.
Qarın nahiyəsində şişkinlik, nəcis ifrazının olmaması və qusma kimi simptomlar da həyəcan siqnalı hesab olunur. Mütəxəssis izah edib ki, bu vəziyyət bağırsaq keçməzliyinin göstəricisi ola bilər.
Kasim Axmedin qeyd etdiyi digər təhlükəli vəziyyət peritonitdir. Bu zaman ağrı o qədər şiddətli olur ki, xəstə düz dayanmaqda və ya rahat uzanmaqda çətinlik çəkir.
Bundan əlavə, nəcisdə qanın olması və dartılma hissi verən ağrılar da ciddi narahatlıq üçün əsasdır. Həkim bildirib ki, bu simptomlar bağırsaqda qan dövranının pozulmasından xəbər verə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇəki itirməyin "qızıl düsturu": Həftədə neçə kiloqram arıqlamaq idealdır?
İnsanların əksəriyyəti yalnız qan təzyiqinin yüksəlməsi, təngnəfəslik və oynaq ağrıları kimi ciddi problemlərlə üzləşdikdən sonra çəkilərini azaltmağa qərar verirlər. Lakin aparılan sorğular göstərir ki, bu insanların 20 faizindən az hissəsi peşəkar tibbi dəstək üçün müraciət edir.
DünyaDubayda rekord sövdələşmə: 100 milyon dollarlıq torpaq sahəsi satıldı
Dubayın Naya (Jumeirah Bay Island) adasında yerləşən yeganə sahilyanı yaşayış sahəsi 377 milyon dirhəmə (100 milyon dollardan çox) satılıb. Sövdələşməni fərdi alıcı üçün "Dubai Sotheby's International Realty" şirkəti həyata keçirib. Ümumi sahəsi 4 911 kvadratmetrdən çox olan torpaq sahəsində lüks malikanənin tikintisi nəzərdə tutulur.
Dünya"Microsoft"dan "OpenAI" qərarı: Eksklüzivlik ləğv edildi
"Microsoft" ilə "OpenAI" arasında mövcud olan tərəfdaşlıq müqaviləsinin şərtləri dəyişdirilib. Artıq "Microsoft" şirkəti "OpenAI" məhsullarına eksklüziv çıxış hüququnu itirib.
DünyaABŞ-dən avtomobil almaq istəyənlərin nəzərinə: Tələyə düşə bilərsiniz
ABŞ-nin Şimali Karolina ştatının sakini "Lexus GX 550" avtomobili almaq istəyərkən 77 300 dollardan çox vəsaitini itirib.