
ABŞ-dən avtomobil almaq istəyənlərin nəzərinə: Tələyə düşə bilərsiniz
ABŞ-nin Şimali Karolina ştatının sakini "Lexus GX 550" avtomobili almaq istəyərkən 77 300 dollardan çox vəsaitini itirib.
ABŞ-nin Şimali Karolina ştatının sakini "Lexus GX 550" avtomobili almaq istəyərkən 77 300 dollardan çox vəsaitini itirib.
Gundem.today "Carscoops"a istinadən xəbər verir ki, fırıldaqçıların tətbiq etdiyi bu sxem artıq bir çox ölkədə geniş yayılıb.
Cinayətkarlar rəsmi dilerlərin saytlarının dəqiq surətlərini yaratmaq və sadəlövh vətəndaşların pullarını mənimsəmək üçün süni intellekt texnologiyalarından istifadə edirlər. Amerikalı alıcı da məhz belə bir tələyə düşüb.
Məhkəməyə təqdim olunan sənədlərə görə, zərərçəkmiş şəxs təxminən 10 gün ərzində özünü "T&T Vehicle Sales" şirkətinin əməkdaşı kimi təqdim edən fırıldaqçı ilə əlaqədə olub. Cinayətkar son dərəcə inandırıcı davranaraq müştəriyə avtomobilin şəkillərini göndərib, texniki xüsusiyyətlərini dəqiqləşdirib və saxta sənədlər təqdim edərək sövdələşmənin etibarlı olması barədə tam təəssürat yaradıb. Lakin alıcı avtomobil üçün tələb olunan məbləği tam şəkildə köçürən kimi fırıldaqçı ilə əlaqə kəsilib.
ABŞ-də bu cür halların sayı artmaqdadır. Ötən il ərzində rəsmi diler saytlarının saxtalaşdırılması ilə bağlı bir neçə belə epizod qeydə alınıb. Ekspertlər sürücülərə mütləq satıcının rəsmi nömrələri ilə birbaşa əlaqə saxlamağı (təkcə menecerin göndərdiyi nömrə ilə kifayətlənməməyi), veb-ünvanları diqqətlə yoxlamağı və ilkin ödəniş üçün tələsdirdikdə şübhə ilə yanaşmağı tövsiyə edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBağırsaq keçməzliyi və qan dövranı pozğunluğu: Qarın ağrısının gizli təhlükələri
Qarında yaranan ağrılar bəzən ciddi və həyati təhlükəli vəziyyətlərin xəbərçisi ola bilər.
Dünya"Microsoft"dan "OpenAI" qərarı: Eksklüzivlik ləğv edildi
"Microsoft" ilə "OpenAI" arasında mövcud olan tərəfdaşlıq müqaviləsinin şərtləri dəyişdirilib. Artıq "Microsoft" şirkəti "OpenAI" məhsullarına eksklüziv çıxış hüququnu itirib.
DünyaKriştianu Ronaldunun effektiv diyeti: Rusiyalı mütəxəssis futbolçunun qidalanmasını dəyərləndirib
Məşhur futbolçu Kriştianu Ronaldunun keçmiş şəxsi aşpazı Corco Barone futbolçunun ciddi pəhriz rejimi barədə məlumat verib. 41 yaşlı superulduz şəkər, süd və undan tamamilə imtina edib. İdmançı karbohidratları əsasən tərəvəzlər vasitəsilə qəbul edir, şam yeməyində isə balıq və ya ət filesi kimi yüngül qidalara üstünlük verir.
DünyaBəhreyndə İranın hücumlarını dəstəkləyən onlarla insan vətəndaşlıqdan məhrum edildi
Bəhreyn hakimiyyəti İranın hərəkətlərinə dəstək verdiklərinə və xarici təşkilatlarla əməkdaşlıq etdiklərinə görə 69 nəfəri, o cümlədən onların ailə üzvlərini vətəndaşlıqdan məhrum edib.