Son dəqiqə
Qarabağda həyat qaynayır: Azad edilən torpaqlardan əsrarəngiz görüntülər - VİDEOBarış Arduç İtaliyada qızıl medal qazanıb"Ölümündən qabaq bu sözləri deyib: "Belimi bir də oğlum sındırdı, bir də Məmmədbağır" - VİDEOBakı nəhəngi geri döndü: "Neftçi" rəqiblərin planını pozurZəngin təbiəti, qədim tarixi ilə seçilən kəndin sakini: "100 min də versələr, Bakıda yaşamaram" - VİDEOPrezident təqaüdçüsü prestijli London İmperial Kollecinə qəbul olunub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Bakı nəhəngi geri döndü: "Neftçi" rəqiblərin planını pozur
Bakı nəhəngi geri döndü: "Neftçi" rəqiblərin planını pozur
İdman

Bakı nəhəngi geri döndü: "Neftçi" rəqiblərin planını pozur

Bu gün
00:48
0 baxış
Paylaş:

Futbol üzrə Azərbaycan Premyer Liqası finişə yaxınlaşır. Yarışın 26 turundan sonra "Qarabağ"la "Sabah" ikincinin daha üstün olduğu çempionluq mübarizəsindədirlər. Son yeddi turda ehtiyatında bir oyunu da olan "atlılar" 10 xallıq fərqi aradan qaldırmağa çalışacaqlar. Avrokubok mübarizəsi də qətiyyən çempionluq savaşından geri qalmır. Burada "Turan Tovuz", "Zirə" və "Araz Naxçıvan"a yeni fiqur qoşulub. Son zamanlar yaxşı performans sərgiləyən "Neftçi" Konfrans Liqası iddiasını ciddi şəkildə ortaya

Futbol üzrə Azərbaycan Premyer Liqası finişə yaxınlaşır. Yarışın 26 turundan sonra "Qarabağ"la "Sabah" ikincinin daha üstün olduğu çempionluq mübarizəsindədirlər. Son yeddi turda ehtiyatında bir oyunu da olan "atlılar" 10 xallıq fərqi aradan qaldırmağa çalışacaqlar. Avrokubok mübarizəsi də qətiyyən çempionluq savaşından geri qalmır. Burada "Turan Tovuz", "Zirə" və "Araz Naxçıvan"a yeni fiqur qoşulub. Son zamanlar yaxşı performans sərgiləyən "Neftçi" Konfrans Liqası iddiasını ciddi şəkildə ortaya qoyub.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vernidubla dəyişən gedişat

Mövsümə zəif başlayan "Neftçi" Samir Abasovun rəhbərliyi altında nə tələb olunan oyunu göstərə bilir, nə də lazımi nəticələri əldə etməyi bacarırdı. 12-ci turda evdə yarışın yeni sakinlərindən "İmişli"yə 2:3 hesablı məğlubiyyət mütəxəssis üçün "ağ-qara" "sükançı"sı kimi sonuncu qarşılaşma oldu. İki tur onu Sənan Qurbanov əvəzlədi. Dekabrın 9-da isə ukraynalı Yuri Vernidub uzun danışıqlardan sonra paytaxt təmsilçisinə baş məşqçi təyin olundu. Daha əvvəl Moldova "Şerif"indəki uğurlu fəaliyyəti ilə yadda qalan 60 yaşlı çalışdırıcının tapşırığı mövsümün geri qazanılması idi. Bu heç də asan missiya kimi görünmürdü.

Vernidub komandaya qoşularkən "Neftçi" 14 oyundan cəmi 16 xal toplamış və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmışdı. "Ağ-qaralar"ı həm sonuncu pillədən, həm də avrokuboklar zonası sayılan dördüncü yerdən 11 xal ayırırdı. Komanda həmin mərhələyədək cəmi 16 qol vurmuş, 14 top buraxmışdı. Sərgilənən oyun da gələcəyə dair ciddi ümid vəd etmirdi. Bununla belə, həm azarkeşlər, həm də mütəxəssislər razılaşırdı ki, "Neftçi" keyfiyyətli oyunçu arsenalına malikdir və düzgün məşqçi seçimi ilə vəziyyəti dəyişmək mümkündür. Bu dönüş nöqtəsi Vernidubun gəlişi ilə başladı. Ukraynalı mütəxəssisin rəhbərliyi altında Bakı klubu 11 oyun keçirib və yalnız birində məğlub olub. Bu müddətdə 7 qələbə qazanan komanda 3 qarşılaşmadan heç-heçə ilə ayrılıb. Bu uğurlu seriya "Neftçi"ni turnir cədvəlində 8-ci pillədən 5-ci yerə qədər yüksəldib. Hazırda 40 xalı olan "ağ-qaralar" "Zirə"dən cəmi 3 xal geri qalır. Üstəlik, komandanın ehtiyatda oyunu da var ki, bu amili nəzərə aldıqda "flaqman"ın rəqibi ilə eyni mövqedə qərarlaşmaq potensialı kifayət qədər real görünür. Digər tərəfdən, 3-cü pillədə qərarlaşan "Turan Tovuz"un 49 xalı var və mövcud dinamika fonunda bu məsafə də artıq əlçatmaz sayılmır. Mövsümün sonuna yaxınlaşdıqca "Neftçi"nin yüksəlişi turnir cədvəlində intriqanı daha da artırır.

Həm oyun düzəlib, həm də nəticələr

"Neftçi" azarkeşləri komandadan hər zaman baxımlı və hücumameyilli futbol tələb edib. Ümumiyyətlə, "ağ-qaralar"ın futbol fəlsəfəsinin əsasını məhz bu yanaşma təşkil edir. Samir Abasov dönəmində "neftçilər" daha çox praqmatik, nəticəyə hesablanmış oyun üslubuna görə tənqid olunurdu. Üstəlik, nəticələr də gözləntiləri doğrultmadıqca narazılıq daha da artırdı.

Vernidubun gəlişindən sonra isə vəziyyət həm nəticələr, həm də oyun baxımından nəzərəçarpacaq dərəcədə dəyişib. Artıq komandanın avrokubok zonasında qərarlaşması bu irəliləyişin ən konkret göstəricisidir. Oyun üslubu da tədricən azarkeşlərin gözləntilərinə uyğunlaşır.

Maraqlıdır ki, Vernidub heyətdə köklü dəyişikliklərə getmədi. Hətta qış transfer pəncərəsində də üstünlük mövcud resurslara verildi və yalnız minimal əlavələrlə kifayətlənildi. Əsas diqqət futbolçuların fərdi potensialının üzə çıxarılmasına yönəldi. İlk növbədə komandada nizam-intizam gücləndirildi, fiziki hazırlıq səviyyəsi yüksəldildi.

Uğurlu nəticələr komanda daxilindəki psixoloji mühiti də müsbət yöndə dəyişdi. Artan inam və motivasiya oyun keyfiyyətinə birbaşa təsir göstərdi. Bu gün "Neftçi" meydanda daha dominant çıxış edən tərəf kimi görünür. Statistik göstəricilər də bu transformasiyanı aydın şəkildə təsdiqləyir. İlk 14 turda cəmi 16 qol vuran "ağ-qaralar" sonrakı 11 oyunda rəqib qapılarına 26 dəfə yol tapıblar. Ümumilikdə isə "Neftçi" hazırda "Sabah" və "Qarabağ"dan sonra çempionatda ən çox qol vuran komandalardan biridir.

Ən vacib oyunlar

Qarşıdakı mərhələ "Neftçi" üçün həlledici olacaq. "Ağ-qaralar" avrokuboklara vəsiqə qazanmaq istəyirsə, ilk növbədə "Zirə"ni geridə qoymalıdır. Düzdür, mövsümün sonunda 4-cü pillə belə kifayət etməyə bilər. Çünki qəsəbə təmsilçisi Azərbaycan Kubokunda finalın bir addımlığındadır və kuboku qazandığı halda çempionatın 4-cüsü qitəmiqyaslı yarışlardan kənarda qala bilər.

Bununla belə, "Neftçi" hər şeydən əvvəl öz üzərinə düşəni maksimum səviyyədə yerinə yetirməlidir. Komandanı son dərəcə ağır və gərgin təqvim gözləyir. Birbaşa rəqiblər olan "Araz-Naxçıvan" və "Zirə" ilə oyunlar, "Qarabağ"a qarşı həm təxirə salınmış, həm də təqvim üzrə görüş, eləcə də "Sabah"la çətin qarşılaşma "ağ-qaralar"ın qarşısında duran əsas sınaqlardır. "Kəpəz", "Şamaxı" və "Karvan-Yevlax"la matçlar kağız üzərində daha rahat görünsə də, Azərbaycan Premyer Liqasında belə oyunların "asan" keçməsi nadir hallarda baş verir. Digər tərəfdən, "Turan Tovuz" və "Zirə"ni də eyni dərəc

#Neftçi_PFK#İdman#Azərbaycan_futbolu#Futbolçu

Oxşar Xəbərlər

"Qalatasaray" evdə xal itirdi - VİDEOİdman

"Qalatasaray" evdə xal itirdi - VİDEO

Türkiyə Super Liqasının 29-cu turunda "Qalatasaray" doğma meydanda "Kocaelispor"la 1:1 hesablı heç-heçə edib.

Bu gün
23:181
"Mançester Siti" "Çelsi"ni darmadağın etdi - VİDEOİdman

"Mançester Siti" "Çelsi"ni darmadağın etdi - VİDEO

İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Siti" səfərdə "Çelsi"ni 3:0 hesabı ilə məğlub edib.

Bu gün
21:501
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşübİdman

Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb

Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Bu gün
21:122
Elvin Cəfərquliyev: "Nəriman, Messiyə salam deyərsən" - VİDEOİdman

Elvin Cəfərquliyev: "Nəriman, Messiyə salam deyərsən" - VİDEO

Hazırda ABŞ-də yaşayan Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov Qurban Qurbanov və "Qarabağ"ın heyəti ilə bir araya gəlib.

Bu gün
20:361