Son dəqiqə
Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" - VİDEOYaşayış binasında təlimə gedən FHN işçiləri hovuza yaxınlaşa bilmədilər - FOTO - VİDEOTramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİBeyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı - FOTOƏrdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"Trampdan Hörmüz boğazı ilə bağlı daha bir AÇIQLAMA - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Bakı-Quba yolunda AĞIR QƏZA: Yük və minik maşınları TOQQUŞDU - DYP-dən AÇIQLAMA - FOTO
Bakı-Quba yolunda AĞIR QƏZA: Yük və minik maşınları TOQQUŞDU - DYP-dən AÇIQLAMA - FOTO
Hadisə

Bakı-Quba yolunda AĞIR QƏZA: Yük və minik maşınları TOQQUŞDU - DYP-dən AÇIQLAMA - FOTO

Bu gün
11:35
0 baxış
Paylaş:

"Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 95-ci kilometrliyində, Quba istiqamətində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 09:00-da qeydə alınıb".

"Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 95-ci kilometrliyində, Quba istiqamətində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 09:00-da qeydə alınıb".

Bu məlumat Gundem.today-ın sorğusuna cavab olaraq baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

Qeyd olunub ki, "Mercedes" markalı, 99 SX 711 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şahin Rafiq oğlu Tağıyev hərəkətdə ikən hələlik dəqiq bilinməyən səbəbdən idarəetməni itirib:

"Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ayırıcı beton səddə çırpılıb və daha sonra qarşı hərəkət zolağına keçib. Bu zaman əks istiqamətdə hərəkətdə olan Ziya İsa oğlu Şıxvəliyevin idarə etdiyi 27 BR 502 dövlət qeydiyyat nişanlı VAZ markalı maşın qarşısına çıxan yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində VAZ-ın sürücüsü yüngül xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı asfaltın üzərində əyləc izi olmayıb. Bu isə belə bir ehtimal yaradır ki, yük avtomobilinin sükanı arxasında olan sürücü ya yuxulu, ya da hərəkət zamanı diqqətini yayındıran hansısa məşğuliyyəti olub. Hazırda faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərimizi bir daha sükan arxasında diqqətli olmağa çağırırıq. Xüsusilə yük və sərnişin daşıyan sürücülərdən iş və istirahət rejiminə, sürət həddinə riayət etmələri və sükan arxasında diqqəti yayındıra biləcək amillərdən uzaq olmalarını, yorğun, yuxusuz, istirahətsiz maşın sürməkdən çəkinmələrini xahiş edirik".

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.

Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bu zaman qarşıdan gələn VAZ-21015 markalı avtomobillə toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Bakı-Quba_yolu#yol_qəzası#Siyəzəndə_qəza#yük_maşını_qəzası#VAZ_21015#yol-nəqliyyat_hadisəsi#avtomobil_toqquşması#qəza_xəbərləri.

Oxşar Xəbərlər

Məktəblərdə silahlı hücumlar niyə artır, uşaqlar nəyi demək istəyirlər? - VİDEOHadisə

Məktəblərdə silahlı hücumlar niyə artır, uşaqlar nəyi demək istəyirlər? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişində məktəblərdə baş verən silahlı hücum hadisələri barədə müzakirə aparılıb.

Bu gün
16:380
Bakı-Quba yolunda AĞIR QƏZA: Yük və minik maşınları TOQQUŞUB - FOTOHadisə

Bakı-Quba yolunda AĞIR QƏZA: Yük və minik maşınları TOQQUŞUB - FOTO

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 95-ci kilometrliyində, Quba istiqamətində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu gün
16:290
Bakıda dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ŞOK TƏFƏRRÜAT - VİDEOHadisə

Bakıda dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ŞOK TƏFƏRRÜAT - VİDEO

Bakının Binəqədi rayonu, İncəçay küçəsində baş verən dəhşətli hadisəsinin təfərrüatı məlum olub. .

Bu gün
16:080
Binəqədidə dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ADLAR - VİDEOHadisə

Binəqədidə dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ADLAR - VİDEO

Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb.

Bu gün
15:350