
Binəqədidə dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ADLAR - VİDEO
Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb.
Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyü, 2 otağının yanar konstruksiyaları 32 kv.m sahədə, bitişik sahəsi 66 kv.m olan talvar və evin həyətində park edilmiş BMW markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli dördotaqlı evin dam örtüyü və 3 otağının yanar konstruksiyaları 46 kv.m sahədə yanıb.
Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsinin bəzi detalları məlum olub.
Gundem.today-ın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs keçmiş arvadının evinə gəlib.
Onların iki övladları olub, ikisi də hadisə zamanı işdə olub.
Dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.
Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, hadisə bu saatlarda Binəqədi rayonunun "Baksol yolu" adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.
Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəMəktəblərdə silahlı hücumlar niyə artır, uşaqlar nəyi demək istəyirlər? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişində məktəblərdə baş verən silahlı hücum hadisələri barədə müzakirə aparılıb.
HadisəBakı-Quba yolunda AĞIR QƏZA: Yük və minik maşınları TOQQUŞUB - FOTO
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 95-ci kilometrliyində, Quba istiqamətində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
HadisəBakıda dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ŞOK TƏFƏRRÜAT - VİDEO
Bakının Binəqədi rayonu, İncəçay küçəsində baş verən dəhşətli hadisəsinin təfərrüatı məlum olub. .
HadisəBinəqədidə DƏHŞƏTLİ HADİSƏ: Ölənlər var - ŞOK DETALLAR
Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsinin bəzi detalları məlum olub.