
Bakıda 7 şagird qoğaldan ZƏHƏRLƏNİB: Məktəblə bağlı QƏRAR VERİLDİ - FOTO
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi iddiası ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi iddiası ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə "dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi" diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.
Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Ləzzət" unlu -qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.
Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.
Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMəşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTO
Saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.
CəmiyyətDaha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ
Şəmkir, Tovuz və Qazax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətDoğuş otağının əsl qəhrəmanları – Mamalar haqqında bilmədikləriniz - FOTO
Hər il 5 may tarixində Beynəlxalq Həkim-Mama Günü qeyd olunur. Bu gün yalnız bir peşənin deyil, həm də minlərlə ananın və körpənin həyatında həlledici rol oynayan fədakar insanların əməyinə ehtiramın ifadəsidir. Çünki hər təhlükəsiz doğuşun arxasında diqqətli müşahidə, peşəkar bilik və böyük məsuliyyət dayanır. Məhz bu baxımdan mamaların səhiyyə sistemində rolu əvəzsizdir.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 05.05.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.