
Bakıda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Explore Azerbaijan with IDEA" layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Explore Azerbaijan with IDEA" layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir.
Gundem.today "Report"a istinadla xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib.
Açıq havada təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan "Explore Azerbaijan with IDEA" layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.
"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.
Azərbaycan təbiətinə məxsus eksklüziv foto və video məzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.
Instagram: https://www.instagram.com/explore.aze
Facebook: https://www.facebook.com/explore.aze
YouTube: https://www.youtube.com/@exploreazerbaijan.withidea
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDiplomatik korpusun nümayəndələri Laçına yola düşüblər - FOTO - VİDEO
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil edilən səfərin ikinci günündə Laçın rayonuna yola düşüblər.
CəmiyyətHafiz Paşayevin doğum günüdür
Mayın 2-si Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Hafiz Paşayevin doğum günüdür.
CəmiyyətDiplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub - FOTO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Müalicə-Sağlamlıq Mərkəzini ziyarət ediblər.
CəmiyyətDiplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Müalicə-Sağlamlıq Mərkəzini ziyarət ediblər.