
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.
Ardınca gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:
"Növbəti idman bayramına xoş gəlmisiniz. Ölkəmizdə idman son illər inkişaf edir. Məhz bu həftə Azərbaycanda üç beynəlxalq turnir baş tutur. Hər üçü də ənənəvi yarışdır. Bu cür tədbirlər idmanın təbliği üçün önəmlidir. Azərbaycanda idman dövlət siyasətidir. Dövlət başçısı da idmana xüsusi diqqət ayırır. Milli Gimnastika Arenasında hər il Dünya və Avropa kubokları və digər turnirlər təşkil edilir. Azərbaycan Gimnastika Federasiyası möhtəşəm iş görür. Avropa və dünya çempionatlarında kifayət qədər yaxşı nəticələr var".
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardından bədii hissə ilə davam edib.
Xatırladaq ki, bu gün start götürən Avropa Kuboku mayın 3-də başa çatacaq. İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərəcəklər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanFIFA prezidenti: "İran millisi ABŞ-də oynayacaq"
"İran milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak edəcək".
İdmanİran millisi ABŞ-dəki dünya çempionatında iştirak edəcək? - FIFA prezidenti məsələyə aydınlıq gətirdi
"İran milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak edəcək".
İdman"Qarabağ"ın baş məşqçisi məğlubiyyəti şərh etdi: "Rəqib çox istəkli idi"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış matçda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları oyunu dəyərləndirib.
İdmanBakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.