Son dəqiqə
Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKALamin Yamal ispan bloqerlə görüşməyə başlayıbSüni intellekt psixoloqları əvəz edə bilərmi? - Mütəxəssisdən maraqlı açıqlamaBir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİKNəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?ABŞ-də iki milyon dollarlıq kuryoz fırıldaq: Ata və qızı məşhur rəsmləri saxtalaşdıraraq satıblar - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub
İdman

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub

Bu gün
22:24
0 baxış
Paylaş:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.

Gundem.today xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə gənclər kateqoriyasında dörd proqramda ilk mükafatçılar bəlli olub.

Halqalarda Kseniya Savinova (AİN) qızıl, Patrisiya Stançiu (Rumıniya) gümüş, Sofiya Kulikova (Ukrayna) bürünc medal qazanıb.

Topla hərəkətlərin icrasında Kseniya Savinova (AİN) birinci, Aleksandra Petrova (Bolqarıstan) ikinci, Sabina Kagirova (Özbəkistan) üçüncü yeri tutub.

Gürz proqramında Nita Jamagidze (Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İana Zaikina (AİN) gümüş, Sofia Krainska (Ukrayna) bürünc mükafata sahib çıxıb. Lentlərdə isə İana Zaikina (AİN) birinci, Dea Emilova (Bolqarıstan) ikinci, Alis Rozenberq (İsrail) üçüncü olub.

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.

Gundem.today "Report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

Ardınca gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:

"Növbəti idman bayramına xoş gəlmisiniz. Ölkəmizdə idman son illər inkişaf edir. Məhz bu həftə Azərbaycanda üç beynəlxalq turnir baş tutur. Hər üçü də ənənəvi yarışdır. Bu cür tədbirlər idmanın təbliği üçün önəmlidir. Azərbaycanda idman dövlət siyasətidir. Dövlət başçısı da idmana xüsusi diqqət ayırır. Milli Gimnastika Arenasında hər il Dünya və Avropa kubokları və digər turnirlər təşkil edilir. Azərbaycan Gimnastika Federasiyası möhtəşəm iş görür. Avropa və dünya çempionatlarında kifayət qədər yaxşı nəticələr var".

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardından bədii hissə ilə davam edib.

Xatırladaq ki, bu gün start götürən Avropa Kuboku mayın 3-də başa çatacaq. İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərəcəklər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Milli_Gimnastika_Arenası#Azərbaycan_gimnastları#Azərbaycan_Gimnastika_Federasiyası

Oxşar Xəbərlər

Lamin Yamal ispan bloqerlə görüşməyə başlayıbİdman

Lamin Yamal ispan bloqerlə görüşməyə başlayıb

"Barselona" futbol klubunun vingeri Lamin Yamalın şəxsi həyatı yeni sevgi münasibəti haqqında yayılan şayiələr səbəbindən yenidən diqqət mərkəzinə düşüb.

Bu gün
03:440
"Fənərbağça"nın kapitanı bir il müddətinə futboldan uzaqlaşdırıldıİdman

"Fənərbağça"nın kapitanı bir il müddətinə futboldan uzaqlaşdırıldı

"Fənərbağça" futbol klubunun kapitanı və yarımmüdafiəçisi Mert Hakan Yandaş mərc oyunlarında iştirak etdiyi üçün bir il müddətinə diskvalifikasiya edilib. Bu qərarı Peşəkar Futbol İntizam Komitəsi qəbul edib.

Bu gün
01:580
UEFA Konfrans Liqasının tarixində ən erkən qol vurulduİdman

UEFA Konfrans Liqasının tarixində ən erkən qol vuruldu

İngiltərənin "Kristal Pelas" futbol klubunun hücumçusu İsmaila Sarr UEFA Konfrans Liqası turnirinin tarixində ən erkən qolun müəllifi olub.

Bu gün
01:300
UEFA Konfrans Liqası: "Şaxtyor Donetsk" evdə, "Strasburq" isə səfərdə uduzduİdman

UEFA Konfrans Liqası: "Şaxtyor Donetsk" evdə, "Strasburq" isə səfərdə uduzdu

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Bu gün
01:080