
Bakıda bəzi ərazilərdə işıq olmayacaq
Bakının Nizami rayonunun bəzi ərazilərində elektrik təchizatında fasilə yaranacaq.
Bakının Nizami rayonunun bəzi ərazilərində elektrik təchizatında fasilə yaranacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Mayın 6-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/10 kV-luq 213 saylı yarımstansiyadan çıxan və Komplekt Transformator Məntəqəsini (KTM 1078) qidalandıran 10 kV-luq hava xəttində cari təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Nizami rayonu Şərq küçəsində Azərsutikinti trestinin xəstəxanasının ətrafında yerləşən bəzi yaşayış ərazilərində elektrik enerjisinin verilişində mərhələli şəkildə məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilib
Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.
CəmiyyətSumqayıtda evdə yanğın: Ana və qızı xəstəxanalıq oldular - VİDEO
Sumqayıtda yanğın hadisəsi baş verib.
CəmiyyətQəbiristanlıqda aşkarlanan iki yaşlı körpənin anası tapıldı: Övladından imtina etdi
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
CəmiyyətYandırılan türk bayrağının kölgəsindəki "ev" - Serdar Kılıçı ermənilərə bağlayan nədir?
Kubra Məhərrəmova yazır...