
Qəbiristanlıqda aşkarlanan iki yaşlı körpənin anası tapıldı: Övladından imtina etdi
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.
"Dünən qəbiristanlıq ərazisində tapılan körpənin "anacığı" tapılıb. Hal-hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...
Sual verdim ki, "bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?" Çiyinlərini çəkdi...", - deyə o əlavə edib.
Abşeronda - Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan iki yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib.
Gundem.today "Qafqazinfo"ya istinadla xəbər verir ki, azyaşlının valideynləri artıq tapılıblar.
Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir.
Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə iki yaşlı uşağın tapılması barədə məlumat yaymışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYandırılan türk bayrağının kölgəsindəki "ev" - Serdar Kılıçı ermənilərə bağlayan nədir?
Kubra Məhərrəmova yazır...
CəmiyyətŞəkidə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Mayın 5-də Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
CəmiyyətŞəkidə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - VİDEO
Mayın 5-də Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
CəmiyyətƏhalinin yaşayışını burnundan gətirən durum: "Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - VİDEO
Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayan sakinlər yarımçıq qalan tikinti işlərindən narazıdırlar.