
Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilib - SİYAHI
Mərdəkan qəsəbəsində Almas İldırım və Yesenin küçələri aparılan təmir işləri ilə əlaqədar bağlanıb.
Mərdəkan qəsəbəsində Almas İldırım və Yesenin küçələri aparılan təmir işləri ilə əlaqədar bağlanıb.
Gundem.today xəbər verir ki, bu barədə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 140 və 140E saylı xətlərdə avtobuslar hər iki istiqamətdə müvəqqəti olaraq 28 May küçəsi, Əliabbas Əliyev küçəsi və Əliheydər Qarayev küçəsi ilə hərəkət edir.
Təmir işləri ilə bağlı 125, E1 və 149 nömrəli marşrut xətləri üzrə avtobuslar hər üç istiqamət üzrə 20-ci sahə ilə hərəkət edir və "Jurnalistlərin binası" yaxınlığında yerləşən dayanacaq məntəqəsinə daxil olmur.
Bundan başqa, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsində yolda yaranmış çuxurlar səbəbindən 149 saylı xətt son dayanacağa qədər hərəkət edə bilmir. Avtobuslar müvəqqəti olaraq Rövşən Rzayev parkının yanında dayanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət508 nömrəli avtobusda nasazlıq: Sərnişinlər yolda düşürüldülər
Saray qəsəbəsi - "20 Yanvar" metro stansiyası marşrutu üzrə hərəkət edən 508 nömrəli avtobusda problem yaşanıb.
CəmiyyətMagistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Aprelin 14-ü son gündür
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və 14 aprel saat 23:59-dək davam edəcək.
CəmiyyətBu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı yola salındı
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutub.
CəmiyyətMəhkəmələrdə ipoteka mübahisələri ilə bağlı VACİB ŞƏRTLƏR AÇIQLANDI
İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.