
Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası ÖLDÜ, xəsarət alanlar var
Bu gün saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.
Bu gün saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım göstərilib".
Məhərrəm Əliyev
Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.
Gundem.today-ın məlumatına görə, hadisə aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.
Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.
Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəMasazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
HadisəXaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir - VİDEO
"Saatına 10-11 dollar təklif edilir. İddiaya görə, hətta qalmaq üçün yer, eyni zamanda, qidalanma da qarşılanır".
HadisəQubanın daha bir kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTO
Son günlər aramsız yağan güclü yağışlardan sonra Quba rayonunun Ördüc kəndində torpaq sürüşmələri qeydə alınıb.
HadisəNeft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - VİDEO
Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batıb.