
Bir sıra yollarda sürət həddi endirildi
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, tablolarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, tablolarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
Bu barədə Gundem.today-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda və Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEO
Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.
CəmiyyətSamir Oruc vəzifəsindən AYRILDI
Respublika Diaqnostika Mərkəzinin PR və marketinq şöbəsinin rəhbəri Samir Oruc vəzifəsindən ayrılıb.
CəmiyyətDaşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEO
Son günlər intensiv yağıntıların qeydə alınması daşınmaz əmlakın sığortalanmasının əhəmiyyətini bir daha gündəmə gətirib. Lakin rəsmi göstəricilər bu sahədə sığortalananların sayının azaldığını ortaya qoyur.
CəmiyyətBulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR - FOTO
Aprelin 12-də Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Daha sonra araşdırma aparılıb və əkilmiş gülləri əzənlər polisə çağırılıblar. Həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunub və onlar barəsində məsuliyyət tədbirləri görülüb.