Son dəqiqə
Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"Ermənistanda əsgər güllə yarasından ölübGərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEO"TikTok" İndoneziyada istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq etdiİsraillə Livan arasında 33 ildən sonra ilk dəfə birbaşa danışıqlar başlayıbXaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Xaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir - VİDEO
Xaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir - VİDEO
Hadisə

Xaricdə işləmək istəyən şəxsin başına iş gəldi: Yeddi aydır pulunu geri ala bilmir - VİDEO

Bu gün
21:00
0 baxış
Paylaş:

"Saatına 10-11 dollar təklif edilir. İddiaya görə, hətta qalmaq üçün yer, eyni zamanda, qidalanma da qarşılanır".

"Saatına 10-11 dollar təklif edilir. İddiaya görə, hətta qalmaq üçün yer, eyni zamanda, qidalanma da qarşılanır".

Sosial şəbəkələrdə bu kimi xaricdə şirnikləşdirici iş təklifləri edən onlarla səhifə mövcuddur.

Bir çox vətəndaşlar bu təkliflərə aldanıb müraciət edirlər. Həmin elanları paylaşan şirkətlər isə bunun müqabilində müəyyən məbləğdə pul alır və sonra ya yox olur, ya da verdikləri sözləri yerinə yetirmirlər.

Zərərçəkən Təmkin Məmmədov da belə bir elanın qurbanı olub.

"Ötən il avqustun 25-də xaricdə işlə bağlı bir şirkətə müraciət etdim. Almaniyada işləmək üçün 1 000 manat ödəniş etmişdim. Üç ay ərzində işlə təmin olunmalı idim. Hazırda 7-ci aydır və yenidən müqavilə veriblər ki, 10 gün ərzində pulum geri qaytarılacaq. Amma vədlərinə əməl etmirlər", - deyə o, şikayətini bildirib.

Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı vətəndaşın aldandığı "Davidov Global" şirkətinə yollanıb. Özünü təqdim etməyən şəxs vəkillə əlaqə saxlanılmağını istəyib.

Vəkil isə bildirib ki, hazırda dünyada gedən proseslərlə bağlı təyinat ölkəsi işçi miqrantları qəbul etməkdən imtina edib. Buna görə də şirkət iş vədi verdiyi bəzi vətəndaşların pulunu qaytarıb, digərlərinin pullarını da qaytaracaq.

Hüquqşünas Mircavid Miriyev isə belə hallarla qarşılaşan vətəndaşlara hüquq-mühafizə orqanlarına müraciət etməyi təklif edir:

"Qanunvericiliyə əsasən, vətəndaşa vurulmuş zərərin məbləği 500 manatdan yuxarı olduqda, həmçinin əməlin törədilmə üsulundan, qrup halında həyata keçirilib-keçirilməməsindən və ya zərərçəkənlərin sayından asılı olaraq təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Bu məsuliyyət ən yüngül halda 1 000 manatdan 2 000 manatadək miqdarda cərimə cəzası ilə, ağırlaşdırıcı hallarda isə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzasınadək nəzərdə tutula bilər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hadisə#xaricdə_iş#saxta_iş_elanları#dələduzluq#Almaniyada_iş#Davidov_Global#işə_düzəltmə_şirkətləri#hüquqi_məsuliyyət#əmək_miqrantları#sosial_şəbəkələrdə_fırıldaqçılıq.

Oxşar Xəbərlər

Qubanın daha bir kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTOHadisə

Qubanın daha bir kəndində torpaq sürüşməsi qeydə alınıb - FOTO

Son günlər aramsız yağan güclü yağışlardan sonra Quba rayonunun Ördüc kəndində torpaq sürüşmələri qeydə alınıb.

Bu gün
17:040
Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - VİDEOHadisə

Neft Daşlarının yaxınlığında balıqçı BATDI: Helikopter cəlb olundu - VİDEO

Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batıb.

Bu gün
16:450
Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası ÖLDÜ, xəsarət alanlar varHadisə

Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası ÖLDÜ, xəsarət alanlar var

Bu gün saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Bu gün
16:230
Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb ÖLDÜHadisə

Bakıda binada PARTLAYIŞ: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb ÖLDÜ

Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Bu gün
15:160