Son dəqiqə
Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin detalları bilindiBakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıbDiqqətlər Vaşinqtonda: Livan və İsrail arasında gözlənilən görüşAzərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏLİTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Bakıda qadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb
Bakıda qadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb
Kriminal

Bakıda qadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb

Bu gün
17:36
0 baxış
Paylaş:

Bakıda gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Bakıda gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Cahan Çələbiyeva bildirib ki, təqsirləndirilən şəxs Samir Həsənovla 7 ay münasibətləri olub:

"Samir özünü mənə tamam başqa cür qələmə vermişdi. Bundan sonra mənə fərqli nömrələrdən qadın zəng edib bildirirdi ki, onun həyatındayam. Daha sonra təhdidlər oldu və mən ondan ayrılmaq qərarına gəldim. Samir isə məni izləməyə başladı. Telefonumdan ailəmin və mənim şəxsi fotolarımı götürüb onlarla şantaj etməyə başladı. O məni dəfələrlə ictimaiyyət içində döyüb təhqir edib. O məni öldürəcəyi ilə bağlı təhdidlər etməyə başladı. Buna görə də bir neçə dəfə polisə müraciət etmişəm və ona inzibati həbs cəzası verilib. Hadisə günü salona gəldi və mənə 9 bıçaq zərbəsi ilə xəsarət yetirdi.

Onun ailə üzvləri indiyə qədər mənim iş yerimə gəlib təzyiqlər göstərirlər. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və heç bir barışıq yoxdur. Məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edirəm".

Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin yalan ifadə verdiyini bildirib.

Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.

Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan, tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Samir Həsənova qarşı 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#gözəllik_salonu_cinayəti#qəsdən_adam_öldürməyə_cəhd#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#bıçaqlanma_hadisəsi#Nizami_rayonunda_cinayət#şantaj_və_təhdid#Samir_Həsənov_məhkəməsi#Cahan_Çələbiyeva.

Oxşar Xəbərlər

Dörd rayonda ƏMƏLİYYAT - Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDUKriminal

Dörd rayonda ƏMƏLİYYAT - Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan bəzilərinin adları məlum olub.

Bu gün
16:480
Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARIKriminal

Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün
16:440
Dörd rayonda ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILARKriminal

Dörd rayonda ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.

Bu gün
16:060
Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib"Kriminal

Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib"

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
15:560