
Bakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gundem.today Lent.az-a istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin və şahidlərin ifadəsi ilə davam edib.
Zərərçəkən R.G. ifadəsində baş verənlərdən notariusdan gələn zənglərdən sonra xəbər tutduğunu bildirib:
"Mənə bir gün 18 nömrəli notariatdan zəng gəldi. Bizə bildirdilər ki, siz hazırda xaricdə müalicədə olduğunuzdan torpaq sahənizin alqı-satqısı ilə bağlı etibarnamə vermisiniz. Zəng edənə dedim ki, elə bir hal yoxdur, mən Bakıdayam. Dərhal Qeydiyyat və Notariat Baş İdarəsinə gedib əmlakın satışına stop qoydurdum, sonra prokurorluğa şikayət ərizəsi yazdım. O vaxt notariatdan mənə zəng gəlməsəydi, torpağım xəbərim olmadan satılacaqdı. Bu (təqsirləndirilən Rafiq Vəliyevə işarə edir - red.) sadəcə fiqurdur, onu kimin fiqur olaraq ortaya saldığını da yaxşı bilirəm. Bunun təqsiri odur ki, sənədi düzəldib, buna görə də cəzasını çəkməlidir. Novxanıdakı o ərazilərə görə dəfələrlə maklerlərin təzyiqinə məruz qalmışam. Bir dəfə Fuad adlı şəxsi vasitəçi kimi qabağıma çıxartdılar ki, Binəqədinin icra başçısı torpağımı 14 000 manatdan almaq istəyir. Dedim ki, bu qiymətə torpaq satılmır. Mənə dedi ki, nə olsun, sən razılaş, sonra onunla dost olarsan, münasibətin olar".
Təqsirləndirilən R.Vəliyev sözügedən torpağın çıxarış sənədini Sədi adlı şəxsdən aldığını deyib:
"Onun telefonu məndə yoxdur. Həmişə maklerlərin olduğu yerdə görüşürdük".
Şahid Q.C. isə bildirib ki, təqsirləndiriləni tanımır:
"Mən sahibkaram. Kiməsə hansısa mülkiyyətin çıxarışını göndərməmişəm. 2010-cu ildə R.G. mülkiyyətində olan obyekt mənim istifadəmdə olub. Vüqarı makler kimi tanıyırdım. Gəlib obyekti almaq istədiyini dedi. Obyekti 180 000 manata ona satacağımı dedim. Lakin şərt qoydum ki, obyekt sahibi ilə görüşsün".
Şahid N.N. 48 saylı notarialda işlədiyini bildirib:
"Rüfət Novruzov və Arzu Əliyevi tanımamışam. Onlar mənzil satışı ilə bağlı müraciət etmişdilər. Rüfətin saxta sənədləri kimlərlə, necə hazırlaması mənə məlum deyil".
Şahid N.K. isə təqsirləndirilən R.Vəliyevi tanıdığını deyib:
"Bizim ailəvi get-gəlişimiz var idi. Bir gün evdə idim, zəng gəldi Rafiqdən ki, bir tanışımın xalası xaricdə yaşayır, torpağı satılmalıdır, sənə etibarnamə verək. Dedi ki, vəsiqəmi göndərim, mən də göndərdim. Sonra Vüqar adlı oğlanı göndərdi notariata, oradan da banka getdik. Elə ora-bura yönləndirirdilər ki, ora qol çək, bura qol çək. Rafiq bunun müqabilində 30 000 manat hörmət edəcəyini demişdi. Amma günlər keçməsinə baxmayaraq, puldan xəbər çıxmadı. Bu xoşuma gəlmədi. Rafiqə dedim ki, gedib ləğv etmək istəyirəm. Bir gün gözləyib notariala getdim. Sonra mənə xəbər çatdı ki, Vüqar o əmlakı başqasına satıb. Rafiq zəng edib dedi ki, qoyma alqı-satqı olsun, mən gəlirəm. Ona kimi dirəşib qoymadım".
Şahid N.R. taksi sürücüsü olduğunu və Vəliyevi Biləcəri sakini kimi tanıdığını bildirib:
"Vəsiqəmi istədi ki, dostunun Xırdalandakı evini satmaq istəyir, mən də verdim. Bunun müqabilində ondan ödəniş almamışam, lakin maşınımın dağılmış motoru üçün 1000 manat verəcəkdi mənə. Rafiq Türkiyəyə gedib-gəlirdi. Ondan şübhələnmədim ki, niyə türk vətəndaşının evini mənim adıma sənədləşdiriblər".
Şahid M.K. isə 23 saylı notarialda kargüzar kimi çalışdığını deyib:
"Rafiqi tanımıram. Mənə Turab adlı bir vətəndaş yaxınlaşdı ki, alış-veriş var. Dedim sənədləri gətirin, baxaq. Sənədlər qaydasında göründüyündən daha sonra alqı-satqı yerinə yaxınlaşdıq. Sonradan notarius məni çağırdı ki, o sənəddə problem var, müqaviləni ləğv etmək lazımdır. Etibarnamə mülkiyyətçi adından verilmişdi. Mən mülkiyyətçinin nömrəsini tapıb sənədləri ona göndərdim. Ondan cavab gəldi ki, belə bir iş olmayıb. Bu, bizə kədərli bir təcrübə olduğundan bundan sonra işimizdə mülkiyyətçi ilə görüntülü danışıb, onu görmədən sənəd qəbul etmirik".
Şahid N.H. "ASAN Xidmət"də tərcümə xidmətlərinin təşkili işinə nəzarət etdiyini deyib:
"Sənədi bizə göstərəndə baxdıq. Yüklədik sistemə. Baxdıq ki, tərcümə çıxmır".
Bu zaman təqsirləndirilən R.Vəliyev "Tərcümə əlbəttə tapılmazdı, çünki onu özüm tərcümə elətdirmişdim" deyib.
Məhkəmə digər şahid ifadələrinin dinlənilməsi üçün növbəti prosesi 4 may 15:00-a təyin edib.
Qeyd edək ki, təqsirləndirilən şəxs məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunur. Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.
Lakin dələduzluq əməlini başa çatdıra bilməyib. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.
R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərə
Oxşar Xəbərlər
KriminalBakıda qadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb
Bakıda gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.
KriminalDörd rayonda ƏMƏLİYYAT - Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan bəzilərinin adları məlum olub.
KriminalDörd rayonda ƏMƏLİYYAT - Vəzifəli şəxslər SAXLANILDILAR
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.
KriminalƏrini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib"
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.