
Bakıda "qızıl qiyməti"nə torpaq: Bir sotu iki milyon manat - VİDEO
Bakının daşınmaz əmlak bazarında ən kəskin qiymət artımı torpaq sahələrində müşahidə olunur. Xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarının mərkəzi hissələrində torpağın qiyməti rekord həddə çatıb.
Bakının daşınmaz əmlak bazarında ən kəskin qiymət artımı torpaq sahələrində müşahidə olunur. Xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarının mərkəzi hissələrində torpağın qiyməti rekord həddə çatıb.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi ərazilərdə torpağın bir sotunun qiyməti iki milyon manatadək yüksəlib.
Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirir ki, "premium" zonalarda yerləşən torpaq sahələrinin qiyməti hazırda milyon manatdan başlayır. Ekspertlər hesab edirlər ki, bu yüksəlişin əsas səbəbi mərkəzdə torpaq resurslarının tükənməsidir. Təklif azaldıqca, tələbat və qiymət mütənasib şəkildə artır. Torpaq sahələri bahalaşma sürətinə görə daşınmaz əmlakın digər növlərini xeyli qabaqlayır.
Paytaxtın mərkəzindən kənarlaşdıqca qiymətlər nisbətən aşağı düşsə də, ümumi tendensiya yüksəlişə doğru davam edir. Hazırda Xəzər, Qaradağ və Pirallahı rayonlarında artım dinamikası digər ərazilərlə müqayisədə hələlik aşağı səviyyədə qalmaqdadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQazaxda minik maşını TIR-a çırpıldı: Toydan qayıdan üç nəfər xəsarət aldı - FOTO
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətBakının bəzi ərazilərində qaz olmayacaq
Bu gün saat 10:00-dan başlayaraq paytaxtın Qaradağ və Sabunçu rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətPaytaxtda sıxlıq müşahidə edilən küçələrin SİYAHISI - FOTO - 20.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətXəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı - VİDEO
Xəzər dənizinin Qazaxıstan sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb. Sahilə çıxarılan 97 suiti cəsədinin hansı səbəbdən tələf olduğu hələlik məlum deyil.