
Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı - VİDEO
Xəzər dənizinin Qazaxıstan sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb. Sahilə çıxarılan 97 suiti cəsədinin hansı səbəbdən tələf olduğu hələlik məlum deyil.
Xəzər dənizinin Qazaxıstan sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb. Sahilə çıxarılan 97 suiti cəsədinin hansı səbəbdən tələf olduğu hələlik məlum deyil.
Gundem.today xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.
Yerli medianın məlumatına görə, məməlilər bir müddət əvvəl tələf olublar, lakin qərb küləyi onları sahilə indi çıxarıb. Hazırda ərazidə monitorinq işləri davam etdirilir. Xatırladaq ki, 2025-ci ildə də Qazaxıstanın Xəzər sahili boyunca 400-dən çox ölü suiti tapılmışdı.
Mütəxəssislər suiti ölümünün bir neçə mümkün səbəbini araşdırırlar:
Bioloji amillər: Pnevmoniya və ya infeksion xəstəliklər.
Seysmik təsirlər: Zəlzələ zamanı Xəzərin dibindən ayrılan metan qazının dəniz ekosisteminə təsiri.
Antropogen amillər: Neft hasilatı prosesləri, sənaye çirklənməsi, eləcə də qanunsuz balıqçılıq (brakonyerlik) fəaliyyəti.
Mütəxəssislər, əsasən, bioloji amilləri daha real səbəb hesab edirlər. Qeyd edək ki, Xəzərin Qazaxıstan sektorunda hazırda təxminən 270 min suiti yaşayır və 100-ə yaxın fərdin tələf olması kritik hədd hesab olunmur.
Hazırda Qazaxıstanın aidiyyəti qurumlarından ibarət idarələrarası komissiya məsələni araşdırır. Rəsmi nəticələr laboratoriya analizlərindən sonra açıqlanacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycan səhnəsinin "Qayınana"sı: Nəsibə Zeynalovanın doğum günüdür - VİDEO
20 aprel Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın doğum günüdür.
CəmiyyətAprelin 26-da imtahan verəcək ŞAGİRDLƏRİN NƏZƏRİNƏ - DİM-dən MÜRACİƏT
Aprelin 26-da Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb,
CəmiyyətGeneral-mayor Mais Bərxudarovun doğum günüdür
Bu gün general-mayor Mais Bərxudarovun doğum günüdür.
CəmiyyətGeneral-leytenant Mais Bərxudarovun doğum günüdür
Bu gün general-leytenant Mais Bərxudarovun doğum günüdür.