Son dəqiqə
"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxunduQaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"Xarici valyutanın satışı alışını üstələdi: "Artıq dolları manata çevirirlər" - VİDEOBelarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlarABŞ-İran danışıqları səbəbindən Pakistanın iki şəhərində əhali istirahətə göndərildiİsrail ordusu Beyrutda "Hizbullah" liderinin şəxsi katibini məhv etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi
Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi
Kriminal

Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi

Bu gün
10:52
0 baxış
Paylaş:

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

İttihama görə, hadisə 17 fevral 2026-cı il tarixdə, saat 11 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Alı Balayev sevgi münasibətində olduğu zərərçəkmiş İradə Kərimova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən ona əl zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxs sol almacıq nahiyəsində ağrı sindromu və iltihablaşma ilə müşayiət olunan hematoma xəsarəti alıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə tövsif edilib.

Məhkəmənin hazırlıq iclasında o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu deyib. Alı sevgilisi ilə barışdığını qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

Eyni zamanda məhkəmə iclasında iştirak edən İradə Kərimova da təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib və bu barədə yazılı ərizə təqdim edib.

Məhkəmə tərəflərin barışmasını və təqdim olunmuş ərizələri nəzərə alaraq iş üzrə qərar qəbul edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Cinayət_Məcəlləsi#Qəsdən_sağlamlığa_zərərvurma

Oxşar Xəbərlər

"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxunduKriminal

"Yeni Klinika"da xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxundu

"Yeni Klinika"da əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovaya 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Bu gün
13:320
Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdıKriminal

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Cəlilabadda qadın kommunal borca görə anası ilə dalaşıb, ona xəsarət yetirib.

Bu gün
12:520
Borc mübahisəsinə qarışan qadın qonşusunun burnunu sındırdıKriminal

Borc mübahisəsinə qarışan qadın qonşusunun burnunu sındırdı

Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Kəmalə Məmmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu gün
10:280
Paytaxtda NARKOTİK ƏMƏLİYYATI: Altı nəfər 72 kiloqram narkotiklə tutuldu - FOTO - VİDEOKriminal

Paytaxtda NARKOTİK ƏMƏLİYYATI: Altı nəfər 72 kiloqram narkotiklə tutuldu - FOTO - VİDEO

Nəsimi rayonunda saxlanılan 6 nəfərdən ümumilikdə 72 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu gün
09:160