
Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə
Xaçmaz rayonunun Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovun barəsindəki qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib.
Xaçmaz rayonunun Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovun barəsindəki qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edilib.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hazırda şikayəti hakim İlqar Cəfərov tərəfindən araşdırılır.
Ramin Ağaxanov cəzasının yüngülləşdirilməsini istəyir.
Hadisə 2023-cü ilin aprelində baş verib. Kənd sakinləri Aslan Tarverdiyev və Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkar olunması faktı üzrə Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib. Bundan əlavə tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb. İstintaqla Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməkdə, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırmaqda və hadisə yerini tərk etməkdə ittiham olunub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağaxanov ömürlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalƏvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı
Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.
KriminalEvinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladılar
Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib.
Kriminalİlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTO
Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.
KriminalÖlkəyə narkotik gətirən əsas şəxslərdən biri QANDALLANDI - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Polis və sərhədçilərin birgə əməliyyatı zamanı 28 kq narkotik vasitə aşkarlanıb.