
Bakıda kafe sahibini bıçaqlayana hökm oxunub - FOTO
Kafe sahibini bıçaqlayaraq qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Ağa Cəfərovun məhkəməsi yekunlaşıb.
Kafe sahibini bıçaqlayaraq qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Ağa Cəfərovun məhkəməsi yekunlaşıb.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Ağa Cəfərov barəsində ittiham irəli sürülən 221.3-cü (xuliqanlıq) xaric olunaraq, ona 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci il ilin oktyabrında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kafedə qeydə alınıb.
Ağa Cəfərov aralarında yaranmış mübahisə zamanı kafenin sahibi olan Nüsrət Həsənovu bıçaqlayıb.
O, dərhal polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalƏvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı
Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.
KriminalEvinin açarını su sayğacında gizlətdi, onu tapan oğrular isə mənzili taladılar
Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib.
Kriminalİlin ilk üç ayında neçə cinayətin üstü açılıb? - Nazir tapşırıqlar verdi - FOTO
Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.
KriminalÖlkəyə narkotik gətirən əsas şəxslərdən biri QANDALLANDI - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Polis və sərhədçilərin birgə əməliyyatı zamanı 28 kq narkotik vasitə aşkarlanıb.