
Bakının bəzi ərazilərində yağış kollektorlarında problem yaranıb - İcra başçıları hadisə yerində - FOTO
Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışırlar.
Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışırlar.
Gundem.today xəbər verir ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb.
Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Şüvəlan qəsəbəsində subasma hadisəsi baş verən əraziyə, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Binəqədi rayonu ərazisində qəza baş vermiş əraziyə gəliblər. İcra başçıları rayonun təsərrüfat qurumlarına yağışın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar veriblər.
Şəhər ərazisində digər belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir. Yağan yağışın fəsadlarının aidiyyəti qurumlar tərəfindən aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət106 nömrəli marşrut xəttində gecikmələr baş verir? - RƏSMİ AÇQLAMA
Sosial şəbəkələrdə 106 nömrəli marşrut xəttində gecikmələrin olması ilə bağlı iddialar səslənib.
CəmiyyətTəbiətə minlərlə manatlıq ziyan vuruldu: Saxlanılan var - FOTO
Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
CəmiyyətAzərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında dayananlar - VİDEO
44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı Azərbaycanın əsas problemi erməni separatçılığını məhv etməklə yanaşı, təsiri ilə alovlandırılan digər regional separatçılıq meyillərini də əsaslı dərəcədə boğdu. Təbii ki, bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fədakar əməkdaşlarının sistemli fəaliyyətini də unutmaq olmaz. Hazırda da məlum separatçılıq nöqtələri diqqətlə saxlanılır, mütəmadi lazımi tədbirlər görülür.
CəmiyyətAzərbaycanın çaylarındakı son vəziyyət AÇIQLANDI
Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.