
Ermənistanda seçki reallıqları: Koçaryan biabır oldu
2026-cı il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərə bir neçə ay qalmış beynəlxalq və yerli müşahidəçilər ölkədəki siyasi mənzərənin hazırkı statistikasını açıqlayıblar. Mövcud sorğulara nəzər salanda görürük ki, keçmiş prezident Robert Koçaryan cəmiyyətdə ciddi dəstək qazanmır. Rəy sorğularına əsasən, baş nazir Nikol Paşinyanın 29 faizlik dəstəkçiləri ilə müqayisədə Koçaryanda bu rəqəm yalnız 3 faizdir.
2026-cı il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərə bir neçə ay qalmış beynəlxalq və yerli müşahidəçilər ölkədəki siyasi mənzərənin hazırkı statistikasını açıqlayıblar. Mövcud sorğulara nəzər salanda görürük ki, keçmiş prezident Robert Koçaryan cəmiyyətdə ciddi dəstək qazanmır. Rəy sorğularına əsasən, baş nazir Nikol Paşinyanın 29 faizlik dəstəkçiləri ilə müqayisədə Koçaryanda bu rəqəm yalnız 3 faizdir.
Göründüyü kimi, Koçaryanın ictimai dəstəyi cüzi səviyyədədir. Bu da onun keçmişdəki siyasətinin və münaqişə ritorikasının erməni seçicilər arasında artıq populyar olmadığını və ümumiyyətlə qəbul edilmədiyini göstərir.
Bununla belə, onun namizədliyi təkcə daxili siyasət üçün deyil, regionda sülh və sabitlik üçün də risklər daşıyır.
Cinayətkar Koçaryanın siyasət üslubu uzun müddət revanşizm və hərbi ritorika üzərində qurulub. Qarabağın işğalı, Xocalı faciəsi kimi qanlı səhifələr onun siyasi bioqrafiyasında bağışlanmaz və qəbuledilməz izlər buraxıb və bu izlər regionda etimadsızlıq yaratmağa davam edir. Hazırda onun parlamentdə təmsil olunmaq üçün çalışması, əslində, yalnız sülh proseslərini pozmaq, münaqişəni alovlandırmaq və Ermənistanın daxili sabitliyini sarsıtmaq potensialına əsaslanır. Erməni ictimaiyyəti isə göründüyü kimi, bu ritorikaya demək olar ki, dəstək vermir.
Sorğular göstərir ki, əksər seçicilər sülh yönümlü, sabitliyi qoruyan siyasətçilərə etimad göstərir. Koçaryanın təklif etdiyi revanşist addımlar, müharibə ritorikası və keçmiş siyasət strategiyaları isə yalnız regionda gərginliyi artırmaq riski daşıyır. Yəni parlament seçkisində Koçaryanın rolu təkcə şəxsi siyasi ambisiyaları ilə deyil, həm də Ermənistanın gələcək sülh və sabitliyinə təsir baxımından diqqətlə izlənilməlidir. Revanşist siyasət sülh və regional sabitliyi təhdid edə bilər ki, bu da yalnız həm Ermənistana, həm də qonşu ölkələrə ziyan gətirəcək bir ssenaridir.
Ermənistanın gələcəyi sülh, stabillik və demokratik institutların güclənməsindədir. Koçaryan kimi revanşist siyasətçilərin ritorikası isə yalnız gərginlik, münaqişə və regional qeyri-sabitlik yaradır. Xalq isə bunu artıq qəbul etmir. Həm ötən seçkilərin və son rəy sorğularının nəticələri göstərir ki, sülh və stabillik tərəfdarları önə çıxmalıdır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan əraziləri uzun illər məhz Koçaryan-Sarkisyan kimi xunta rejiminin cinayətkar əməllərinə görə işğal altında qalıb. Ermənistanın da Azərbaycanla münasibətləri normallaşana qədər blokada şəraitində qalmasının, dünyadan təcrid olub böhrana düçar olmasına səbəb də bu rejimin fəaliyyəti olub.
Lakin beynəlxalq hüququn yerinə yetirilməyən qətnamələri, sükutu, ölkəmizə qarşı ədalətsiz, qərəzli yanaşmalar heç bir işə yaramadı və Azərbaycan ərazi bütövlüyünü və suverenliyini 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildəki bir günlük antiterror tədbirləri ilə - öz gücünə bərpa etdi.
Ardınca məhz Azərbaycanın səyləri nəticəsində sülhə doğru ciddi addımlar atıldı. Ötən ilin 8 avqustda Vaşinqtonda ABŞ vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı. Bu, 30 ildən artıq davam edən münaqişəyə hüquqi siyasi nöqtə qoyulması istiqamətində mühüm addım idi. Lakin Koçaryan və revanşist dairələr Vaşinqton sazişinə mübarizə aparmaq üçün çıxışlar edir, sülh prosesi haqda ritorikaları qəbul etmir və bu böyük diplomatik nailiyyəti gözdən salmağa çalışırlar. Məqsəd də məlumdur:
Sülhə qarşı açıq qarşıdurma ilə yenidən münasibətləri gərginləşdirib regionu qan gölünə çevirmək. Bu baxımdan, artıq Koçaryanın revanşist ritorikası seçici reallığı ilə ziddiyyət təşkil edir. Çünki erməni cəmiyyəti artıq müharibə və izolyasiya modellərinin iflas etdiyini görür, bunun onlar üçün nə qədər zərərli olduğunu başa düşürlər. Əbəs deyil ki, məhz sülh sazişindən sonra Azərbaycandan Ermənistana neft və müxtəlif ərzaq məhsulları göndərilməyə başlanılıb ki, bunu həm Ermənistan cəmiyyəti, həm də iqtidarı müsbət qarşılayaraq ölkədəki sosial duruma müsbət təsirlərini qeyd edib, monopoliyanın aradan qaldırılmasına təsirini vurğulayıblar.
Əbəs deyil ki, hələ bir müddət əvvəl revanşistlər bu mənfur əməllərini həyata keçirmək üçün təlxək arxiyepiskop Baqrat Qalstanyanı alət kimi ortaya atmışdılar. Nəticədə bu siyasət də uğursuzluğa düçar oldu. Baqrat seçkinin nəticələrini dəmir barmaqlıqlar arasından izləməli olacaq.
Bir sözlə, ilkin nəticə və mövcud proseslər göstərir ki, Ermənistanda xalq revanşistləri istəmir. Çünki Koçaryanın məqsədi sülhə mane olmaq və təxribatçı addımlar atmaqdır. Ermənistanın normal gələcəyi isə sabit, demokratik və regionla əməkdaşlıq edən siyasətlə təmin oluna bilər. Koçaryan əleyhinə cəmiyyətin mövqeyi, onun planlarının nə qədər təhlükəli olduğunu bir daha sübut edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaMahaçqalada güclü yağışın dəhşətli fəsadları: Küçədə qadını su apardı - VİDEO
Rusiyanın Mahaçqala şəhərində güclü yağışlardan sonra baş verən sel faciəyə səbəb olub.
DünyaSEPAH Dubayda Ukraynaya məxsus antidron sistemləri anbarını vurub
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubay ərazisində Ukraynaya aid antidron sistemləri anbarını darmadağın edib".
DünyaTUSAŞ-ın baş direktoru: "HÜRKUŞ"un Azərbaycana ixracı üçün danışıqların son mərhələsindəyik" - ÖZƏL
"Türkiyə və Azərbaycan sadəcə məhsul tədarük edən və satın alan iki ölkə deyil, birlikdə təkmilləşdirmə aparan, istehsal edən, regional təhlükəsizliyə birlikdə istiqamət verən strateji tərəfdaşlardır".
DünyaABŞ-İsrail və İran qarşıdurması nə qədər davam edəcək? - Rubio açıqladı
ABŞ dövlət katibi Marko Rubio martın 27-də Fransada baş tutan G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında İranla davam edən toqquşmaların daha iki-dörd həftə arası çəkəcəyini vurğulayıb.