
Azərbaycanın çaylarındakı son vəziyyət AÇIQLANDI
Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.
Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba-Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda qeydə alınıb. Bəzi çaylarda isə qısamüddətli sel hadisələri baş verib:
"Böyük Qafqazdan axan çaylarda suyun səviyyəsi 2-61 sm artıb, Vəlvələçayda isə bu göstərici 196 sm təşkil edib. Hazırda Quba-Qusar və Dağlıq Şirvan bölgələrində bəzi çaylarda sel hadisələrinin davam etdiyi müşahidə olunur.
Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki çaylarda suyun səviyyəsi 2-78 sm yüksəlib, Zəngilan rayonu ərazisindən axan Bəsitçayda sel hadisəsi qeydə alınıb".
Məlumatda əlavə olunub ki, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara bölgələrindən axan bəzi çaylarda suyun səviyyəsi 4-19 sm artıb:
"Mövcud vəziyyət nəzarətdə saxlanılır, monitorinqlər davam etdirilir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakının bəzi ərazilərində yağış kollektorlarında problem yaranıb - İcra başçıları hadisə yerində - FOTO
Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışırlar.
CəmiyyətTəbiətə minlərlə manatlıq ziyan vuruldu: Saxlanılan var - FOTO
Oğuz rayonunun Filfilli kəndi ərazisində 15 ədəd vələs ağacının kəsilməsi və təbiətə 6 min manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
CəmiyyətAzərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında dayananlar - VİDEO
44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı Azərbaycanın əsas problemi erməni separatçılığını məhv etməklə yanaşı, təsiri ilə alovlandırılan digər regional separatçılıq meyillərini də əsaslı dərəcədə boğdu. Təbii ki, bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fədakar əməkdaşlarının sistemli fəaliyyətini də unutmaq olmaz. Hazırda da məlum separatçılıq nöqtələri diqqətlə saxlanılır, mütəmadi lazımi tədbirlər görülür.
CəmiyyətSumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb? - RƏSMİ AÇIQLAMA
Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyət yaradıb.