Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Banklarda stress-testlər aparılacaq
Banklarda stress-testlər aparılacaq
İqtisadiyyat

Banklarda stress-testlər aparılacaq

Bu gün
17:56
0 baxış
Paylaş:

Banklarda stress-testlərin aparılması qaydası təsdiqlənib.

Banklarda stress-testlərin aparılması qaydası təsdiqlənib.

Gundem.today-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, bank onun risk profilinə mənfi təsir edə biləcək hadisələrin müəyyən edilməsi və qiymətləndirilməsi üçün stress-testlər aparacaq və nəticələri əsasında tədbirlər planı hazırlayacaq.

Stress-testin nəticələri bankın strateji planının, habelə bankın risk iştahasının, siyasətinin, limitlərinin və daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində nəzərə alınacaq.

Stress-testlərin tərtibi zamanı ekonometrik modellərdən istifadə ediləcək.

Qərara əsasən, bank portfel və bank səviyyəsində həssaslıq təhlilləri aparmalıdır. Həssaslıq təhlili bankın bir risk amilinə olan həssaslığını ölçmək məqsədilə həmin risk amilinin stressə məruz qoyulmasıdır. Məsələn, bank faiz dərəcələrindəki dəyişikliyin, likvid aktivlərin dəyərindəki azalmanın, müflis olma ehtimallarının artımının və iri tərəfdaşların iflasının banka təsirini ölçə bilər. Bu cür təhlillər risklərin və potensial konsentrasiyaların müəyyənləşdirilməsinə xidmət edir.

Həssaslıq təhlillərində bank tərəfindən müəyyən edilmiş risk amillərinə fərqli şiddət səviyyələrində şoklar verilməlidir. Şokların şiddətinin müəyyənləşdirilməsində uzunmüddətli tarixi dinamikadan istifadə olunmalıdır. Risk amillərinə olan həssaslığı effektiv ölçmək məqsədilə bank tarixi məlumatlar və təcrübəyə əsaslanan təhlilləri hipotetik hadisələrlə dəstəkləməlidir.

Qərarda "bottom-up" stres-testlərinə dair tələblər də yer alıb. Belə ki, AMB hər il dekabrın 30-dək illik, iyunun 30-dək isə yarımillik stres-testlər üçün makroiqtisadi proqnozları banklara təqdim edəcək.

Sistem əhəmiyyətli banklar "bottom-up" stres-testlərini yarımillik və illik əsasda, digər banklar isə illik əsasda həyata keçirməlidir. İllik stress-testlərin nəticələri və tədbirlər planı makroiqtisadi proqnozlar təqdim olunduqdan sonra 45 təqvim günü ərzində Mərkəzi Banka təqdim edilməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Banklar#stres-test#risk_profili#həssaslıq_təhlili#maliyyə_şoku#ekonometrik_modellər#risk_amilləri#strateji_plan#iflas_ehtimalı#bank_sektoru.

Oxşar Xəbərlər

Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaqİqtisadiyyat

Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

Bu gün
18:360
Əmlak alan vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlandıİqtisadiyyat

Əmlak alan vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlandı

Yaşayış və qeyri-yaşayış sahələrinin alınması zamanı vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlanıb.

Bu gün
15:560
Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib - FOTOİqtisadiyyat

Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib - FOTO

Siyəzən rayonunda fəaliyyət göstərən sahibkarlar yun emalı müəssisəsinin yaradılmasına, arıçılığın və quşçuluq müəssisəsinin inkişafına dəstək, güzəştli kreditlər, subsidiyaların verilməsi ilə bağlı məsələləri dövlət qurumlarının nümayəndələri ilə müzakirə ediblər.

Bu gün
14:220
Dövlət torpaqlarının icarə haqqının hesablanma qaydası müəyyənləşib - FOTOİqtisadiyyat

Dövlət torpaqlarının icarə haqqının hesablanma qaydası müəyyənləşib - FOTO

"Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edilib.

Bu gün
13:240