
Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib - FOTO
Siyəzən rayonunda fəaliyyət göstərən sahibkarlar yun emalı müəssisəsinin yaradılmasına, arıçılığın və quşçuluq müəssisəsinin inkişafına dəstək, güzəştli kreditlər, subsidiyaların verilməsi ilə bağlı məsələləri dövlət qurumlarının nümayəndələri ilə müzakirə ediblər.
Siyəzən rayonunda fəaliyyət göstərən sahibkarlar yun emalı müəssisəsinin yaradılmasına, arıçılığın və quşçuluq müəssisəsinin inkişafına dəstək, güzəştli kreditlər, subsidiyaların verilməsi ilə bağlı məsələləri dövlət qurumlarının nümayəndələri ilə müzakirə ediblər.
Gundem.today xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Siyəzəndə keçirilmiş görüşdə rayonun iqtisadi potensialından daha səmərəli istifadəyə dair dövlət-sahibkar əməkdaşlığı çərçivəsində fikir mübadiləsi aparılıb.
Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, quşçuluq, heyvandarlıq, ictimai iaşə, ticarət sahələrində fəaliyyət göstərən 90-a yaxın biznes subyekti, eləcə də sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Siyəzən RİH-in başçısı Novruz Novruzov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlığın inkişafı və investisiya qoyuluşu üçün imkanlar, dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Siyəzəndə turizm, xidmət və logistika sahələrinin inkişafı üçün imkanlar genişdir. Rayonun sənaye və kənd təsərrüfatı potensialı emal və qablaşdırma sahələrinin genişləndirilməsinə imkan verir. Həmçinin bildirilib ki, belə görüşlər qarşılıqlı əməkdaşlıq və dəstək sisteminin inkişafı baxımından əhəmiyyətlidir, sahibkarlar görüşlərdə aktiv olmalıdırlar.
Görüş zamanı sahibkarlar onları maraqlandıran məsələlər və ehtiyacları ilə bağlı təklif və müraciətlərini səsləndiriblər. Sahibkarların sualları cavablandırılıb, qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılacağı bildirilib.
Siyəzən rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri plastik məmulatların istehsalı müəssisəsində də olublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatƏmlak alan vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlandı
Yaşayış və qeyri-yaşayış sahələrinin alınması zamanı vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlanıb.
İqtisadiyyatDövlət torpaqlarının icarə haqqının hesablanma qaydası müəyyənləşib - FOTO
"Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edilib.
İqtisadiyyatNeft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə
Neft-qaz sənayesinin təchizat zəncirində KOB-ların iştirak imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Caspian Oil and Gas" sərgisində xüsusi stend təşkil edəcək.
İqtisadiyyatMonteneqroda bir azərbaycanlının əməyi istismar olunub - RƏSMİ
Bir azərbaycanlı şəxs Monteneqroda tikinti sektorunda istismar edilib.