
"Bavariya" ilə cavab matçı ərəfəsində "Real Madrid"in heyətində itki - FOTO
"Real Madrid" klubu həlledici oyun ərəfəsində ciddi heyət itkisi ilə üzləşib.
"Real Madrid" klubu həlledici oyun ərəfəsində ciddi heyət itkisi ilə üzləşib.
Gundem.today xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Raul Asensio gözlənilmədən sıradan çıxıb.
Oyunçunun heyətdən kənarda qalmasına səhhətində qəflətən yaranan problem səbəb olub. Belə ki, idmançıda ağır ishal halı qeydə alınıb.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutacaq cavab oyunu sabah keçiriləcək, futbol azarkeşlərinin maraqla gözlədiyi bu görüş saat 23:00-da başlayacaq.
Tərəflər arasında oynanılan ilk qarşılaşmada Münhen klubu 2:1 hesablı qələbə qazanmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanFutbolda hissələrin 25 dəqiqəyə endirilməsi təklif edilir
"Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis gəncləri futbola cəlb etmək üçün oyun qaydalarında radikal dəyişikliklər təklif edib.
İdmanAvstraliyalı sprinter Useyn Boltun dünya rekordunu yenilədi
Avstraliyalı sprinter Qout Qout 20 yaşadək idmançılar arasında 200 metr məsafəyə qaçışda daha əvvəl yamaykalı səkkizqat Olimpiya çempionu Useyn Bolta məxsus dünya rekordunu yeniləyib.
İdmanYaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
Nüfuzlu "The Athletic" nəşri karyerasını davam etdirən dünyanın ən yaxşı 15 qolkiperinin adını açıqlayıb.
İdman"Qaziantep"də Burak Yılmaz dövrü başa çatdı - FOTO
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Burak Yılmaz ilə yollarını ayırdığını rəsmən elan edib.