
"TikTok" İndoneziyada istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq etdi
"TikTok" sosial şəbəkəsinin rəhbərliyi İndoneziyada rəqəmsal mühitdə uşaqların qorunması haqqında qanuna uyğun olaraq istifadəçilər üçün yaş məhdudiyyətini artırıb.
"TikTok" sosial şəbəkəsinin rəhbərliyi İndoneziyada rəqəmsal mühitdə uşaqların qorunması haqqında qanuna uyğun olaraq istifadəçilər üçün yaş məhdudiyyətini artırıb.
Gundem.today bu barədə "Antara" agentliyinə istinadən xəbər verir.
"Biz İndoneziyanın Rabitə və Rəqəmsal Texnologiyalar Nazirliyinin qərarlarına dərin hörmətlə yanaşırıq. Həmin qərarlara əsasən, "TikTok" da daxil olmaqla rəqəmsal platformalar 16 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulmalıdır", - deyə platformanın açıqlamasında bildirilib.
"TikTok"un 16 yaşından kiçik indoneziyalı istifadəçilərin hesablarının bloklanmasını elan edən ilk platforma olduğu qeyd edilir. Qeyd olunub ki, sosial şəbəkənin rəhbərliyi artıq bu cür təxminən 780 min hesabı deaktiv edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaxın Şərqdə gözlənilməz sülh həmləsi: Üç ölkə razılığa gəldi
ABŞ, İsrail və Livan birbaşa danışıqlara başlamağa razılaşıblar.
DünyaBanqladeş sahillərində gəmi qəzaya uğradı: Azı 250 nəfər itkin düşüb
Andaman dənizinin Banqladeş sahillərində baş verən gəmi qəzası nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 250 nəfər itkin düşüb.
DünyaABŞ İran limanlarının blokadasında nə qədər hərbçinin iştirak etdiyini açıqladı
İran limanlarının blokadasında 10 mindən çox amerikalı hərbi qulluqçu iştirak edir.
DünyaElçin Əmirbəyov Jiri Brodski ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb.