
Bayram günlərində baş verən qəzaların sayı açıqlanıb
Ramazan və Novruz bayramları ilə əlaqədar elan olunan 11 günlük qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ramazan və Novruz bayramları ilə əlaqədar elan olunan 11 günlük qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Məlumata görə, paytaxtda baş verən qəzaların əksəriyyəti piyadaların vurulması ilə bağlı olub. Toqquşma və aşma ilə nəticələnən hadisələr isə, əsasən, avtomagistrallarda və rayonlararası yollarda qeydə alınıb.
Qeyd edilib ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, ötmə və manevr qaydalarının pozulması, sürücülərin yorğun və yuxusuz halda sükan arxasına əyləşmələri, idarəetmə zamanı mobil telefondan istifadə, eləcə də piyadaların yolu keçərkən diqqətsiz davranışları üstünlük təşkil edir.
BDYPİ bir daha vətəndaşları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli olmağa çağırıb. Qeyd olunub ki, qaydaların pozulması ağır nəticələrə səbəb ola bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda yağışlı günlərdə baş verən qəzaların ANBAAN GÖRÜNTÜSÜ
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bayram günlərində paytaxt yollarında baş verən qəzaların və sıxlığın yaranma səbəbləri barədə məlumat yayıb. Hadisələrə əsasən sürət həddinin və ara məsafəsinin düzgün seçilməməsi səbəb olub.
HadisəMingəçevirdə 60 yaşlı kişi evində ölü tapıldı
Mingəçevir şəhərində evdən meyit tapılıb.
HadisəQaradağda iki yaşlı uşaq ölüb
Qaradağ rayonunda azyaşlı ölüb.
HadisəŞəkidə ev yandı: Xəsarət alanlar var
Şəki şəhərində yaşayış evində qəfil yanğın olub.