Kəlbəcər sakini: "Tunel qırğını" ailəmizin həyatında ən dəhşətli gündür" - FOTO
Siyasət

Kəlbəcər sakini: "Tunel qırğını" ailəmizin həyatında ən dəhşətli gündür" - FOTO

İndi
18:32
0 baxış
Paylaş:

Kəlbəcəri 13 yaşı olarkən tərk edərkən erməni əsirliyinə düşən rayon sakini Azər Qurbanov 1993-cü il martın 31-ni ailəsinin həyatında ən dəhşətli və unudulmaz gün sayır.

Kəlbəcəri 13 yaşı olarkən tərk edərkən erməni əsirliyinə düşən rayon sakini Azər Qurbanov 1993-cü il martın 31-ni ailəsinin həyatında ən dəhşətli və unudulmaz gün sayır.

Gundem.today "Report"a istinadən xəbər verir ki, 31 mart Kəlbəcər tarixinin ağrılı və unudulmaz günlərindən - "Tunel qırğını"nın növbəti ildönümüdür.

1993-cü ilin bu günündə Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən tunelin qarşısında erməni hərbçiləri tərəfindən qətliam törədilib.

Sakinlər doğma yurdlarını tərk etməyə məcbur olduqları zaman erməni silahlı birləşmələrinin pusqusuna düşüblər. Dinc əhaliyə qarşı törədilən bu hücum nəticəsində onlarla günahsız insan - qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilib.

Azər Qurbanov həmin günü xatırlayaraq bildirib ki, həmin gün anası və atası onları - iki qız, dörd oğlan olmaqla altı övladı - xilas etmək ümidi ilə qohumlarının yük maşını ilə yola salıblar, özləri isə kəndi dağ yolu ilə tərk etməli idilər:

"Biz təhlükədən uzaqlaşdığımızı düşünürdük. Lakin tuneldən çıxarkən erməni silahlı birləşmələri tərəfindən pusquya düşdük. Bizdən irəlidə gedən avtomobil vuruldu. Ardınca isə bizim olduğumuz maşın atəşə tutuldu".

O deyib ki, həmin hücum zamanı üç yaşlı bacısı ağır yaralanıb, o özü isə ciddi güllə yaraları alıb:

"İki qardaşım elə həmin ərazidə itkin düşdü - bu günə qədər onlardan heç bir xəbər yoxdur. Mən yaralı halda üç yaşlı bacımı qucağıma alıb oradan uzaqlaşmağa çalışdım. Lakin aldığım ağır yaralara görə huşumu itirdim və əsir düşdüm. Ayılanda mənə bacımın artıq həyatını itirdiyini və oradaca dəfn olunduğunu dedilər".

A.Qurbanov bildirib ki, bu acı xatirənin üstündən illər keçsə də, ürəyində silinməz iz qoyub.

Kəlbəcər sakini bildirib ki, əsirlikdə üç ay 15 gün qaldıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə geri qaytarılıb.

Artıq Kəlbəcər azad olunandan sonra insanlar hər il bu əraziyə gəlir, öz qətlə yetirilən və itkin düşən yaxınlarını yad edirlər. Bu faciə təkcə bir kəndin, bir ailənin deyil, bütövlükdə Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Kəlbəcər#tunel_qırğını#erməni_əsirliyi#31_mart_1993#Azər_Qurbanov#Qarabağ_müharibəsi#erməni_terroru#itkin_düşənlər#Kəlbəcərin_işğalı#mülki_əhaliyə_hücum

Oxşar Xəbərlər

Trampın İrana verilən möhləti uzatmasının PƏRDƏARXASI: Müharibə yeni fazaya keçir?Siyasət

Trampın İrana verilən möhləti uzatmasının PƏRDƏARXASI: Müharibə yeni fazaya keçir?

ABŞ Prezidenti Donald Tramp İranın enerji sisteminə zərbələrə tətbiq olunan moratoriumu (təxirəxalma) aprelin 6-dək uzadıb. Siyasətçi qeyd edib ki, fasilə İran hökumətinin xahişi ilə uzadılıb. O, təmasların dayandırılması barədə yayılan məlumatları təkzib edib və əlavə edib ki, Tehranla danışıqlar çox yaxşı gedir.

İndi
19:540
Azərbaycan Ordusunda 31 Mart soyqırımı qurbanları anılıbSiyasət

Azərbaycan Ordusunda 31 Mart soyqırımı qurbanları anılıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib.

İndi
19:320
"Tunel qırğını": 33 ildən sonra hadisə yerində qan ağlayan xatirələr - FOTOSiyasət

"Tunel qırğını": 33 ildən sonra hadisə yerində qan ağlayan xatirələr - FOTO

Erməni hərbçilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri 1993-cü il martın 31-də Kəlbəcər rayonunun "Tunel" adlanan ərazisində törədilən qətliamdır. Rayon ərazisini işğal edərkən tunelin qarşısında pusqu quran erməni hərbçiləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbaran edib, qadın, yaşlı, uşaq da daxil olmaqla, sakinləri qətlə yetiriblər. Sağ qalanlar isə girov götürülüb, uzun müddət dəhşətli işgənc

İndi
19:060
Ceyhun Bayramovla Maksim Prevo arasında telefon danışığı olubSiyasət

Ceyhun Bayramovla Maksim Prevo arasında telefon danışığı olub

Martın 31-də Belçika baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

İndi
18:263