
BƏƏ-də İranın zərbələri nəticəsində ölənlərin sayı artıb - FOTO
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) İranın zərbələri nəticəsində ölənlərin sayı 178-ə çatıb.
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) İranın zərbələri nəticəsində ölənlərin sayı 178-ə çatıb.
Gundem.today bildirir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi öz "X" hesabında məlumat verib.
"178 nəfər yüngül, orta və ağır olmaqla, müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar arasında təxminən 30 ölkənin nümayəndəsi var", - deyə məlumatda bildirilib.
Nazirlik qeyd edib ki, İranın zərbələri nəticəsində iki BƏƏ hərbçisi, bir mülki şəxs - silahlı qüvvələr tərəfindən işə götürülmüş Mərakeş vətəndaşı və səkkiz dinc sakin - Pakistan, Nepal, Banqladeş və Hindistan vətəndaşları həlak olublar.
Həmçinin qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri martın 28-də İranın 20 ballistik raketinin və 37 pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.
Beləliklə, eskalasiyanın başlanğıcından bəri 398 ballistik raket və 15 qanadlı raket, eləcə də 1 872 PUA ələ keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralalılar var
İranın hücumu nəticəsində Əbu-Dabidə "Emirates Global Aluminium" şirkətinə məxsus alüminiuməridici zavod zədələnib.
DünyaNeçirvan Bərzaninin iqamətgahı dron hücumuna məruz qalıb
İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzaninin Duhok şəhərində yerləşən iqamətgahına dron hücumu edilib.
DünyaABŞ İranın hərbi-dəniz qüvvələrinə məxsus gəmilərini məhv etdi - VİDEO
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi-dəniz qüvvələrinə məxsus gəmiləri məhv edib.
DünyaHakan Fidan Pakistana səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan regional inkişafları müzakirə etmək məqsədilə Pakistana səfər edəcək.