Son dəqiqə
Bakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEO"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEORonaldu zədədən sonra keçirdiyi ilk matçda dubl etdiƏfqanıstanda güclü zəlzələ: Ölənlər varTDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEONeftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Beyləqanda dava: Kişi, arvadı və gəlini küçədə döyüldülər
Beyləqanda dava: Kişi, arvadı və gəlini küçədə döyüldülər
Hadisə

Beyləqanda dava: Kişi, arvadı və gəlini küçədə döyüldülər

Bu gün
13:56
0 baxış
Paylaş:

Beyləqan rayonunda bir ailənin üç üzvü küçədə döyülüb.

Beyləqan rayonunda bir ailənin üç üzvü küçədə döyülüb.

Gundem.today-ın məlumatına görə, hadisə rayonun Örənqala qəsəbəsi ərazisində qeydə alınıb.

Rayon sakini İsmayıl Məmmədov (soyadı şərtidir) özünə məxsus avtomobildə həyat yoldaşı və gəlini ilə yol gedərkən qarşıda hərəkətdə olan avtomobili ötüb keçib. Bu vaxt həmin avtomobilin sahibi olan qəsəbə sakini Səbuhi Turabov (soyadı şərtidir) qəzəblənərək maşını onların arxasınca sürüb, İsmayılın avtomobilini saxlatdırıb. O, İsmayılla mübahisə edərək, onun maşınını niyə ötdüyünü soruşub. Həmin vaxt tərəflər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Həmin vaxt İsmayıl avtomobilindən taxta parçasını götürərək, Səbuhiyə hücum edib. Səbuhi taxtanı alaraq, onun özünə zərbələr endirməyə başlayıb. Həmin vaxt Səbuhinin avtomobilində olan tanışı Yaşar İsmayılın həyat yoldaşı və gəlininə hücum edib, onlara xəsarət yetirib. Səbuhi isə taxta parçası ilə İsmayıla ard-arda zərbələr endirib, onun ayağını qırıb.

Hadisə yerinə polis əməkdaşları gələnə qədər təqsirləndirilən şəxslər oradan qaçıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Yaşar və Səbuhi saxlanılıblar, faktla bağlı cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub, zərərçəkmişlərə dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə Səbuhi Turabov 7 il azadlıqdan məhrum edilsə də, onun cəzası şərti hesab olunub, Yaşara isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hadisə#Beyləqan#Örənqala#yol_qəzəbi#küçə_davası#avtomobil_ötməsi#Lənkəran_Ağır_Cinayətlər_Məhkəməsi#cinayət_işi#xəsarət#şərti_cəza#polis_əməliyyatı#sürücü_aqressiyası#qadınlara_hücum.

Oxşar Xəbərlər

Sumqayıtda kişi bıçaqlandı: Qardaşı şübhəli bilinirHadisə

Sumqayıtda kişi bıçaqlandı: Qardaşı şübhəli bilinir

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu gün
00:480
Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ - ÖZƏLHadisə

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ - ÖZƏL

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub.

Bu gün
19:220
Mingəçevirdə 62 yaşlı qadının evində MEYİTİ TAPILDIHadisə

Mingəçevirdə 62 yaşlı qadının evində MEYİTİ TAPILDI

Mingəçevir şəhərində evdə meyit tapılıb.

Bu gün
14:200
Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEOHadisə

Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO

Ötən gün paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib. Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal təhlükəsizlik tədbirləri görülüb, nəqliyyat vasitələrinin hərəkəti digər istiqamətə yönləndirilib.

Bu gün
10:480