
Neftçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEM - VİDEO
Səhər tezdən gələrək saatlarla həkim qəbuluna düşmək üçün növbədə gözləyirlər. Bu insanlar arasında ahıllar da var, vəziyyəti ağır olanlar da...
Səhər tezdən gələrək saatlarla həkim qəbuluna düşmək üçün növbədə gözləyirlər. Bu insanlar arasında ahıllar da var, vəziyyəti ağır olanlar da...
Gundem.today xəbər verir ki, görüntüləri bu gün səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasında növbədə gözləyən xəstələrdən biri "Xəzər Xəbər"in "WhatsApp" qaynar xəttinə göndərib. Şəhər sakini Ülviyyə Rəsulova bildirir ki, səhər erkən saatlardan xəstəxanaya gələrək həkim qəbuluna düşmək istəsə də, buna nail ola bilmir.
Şikayətçi qeyd edir ki, xəstəxanada ən böyük problem növbədə saatlarla gözləməkdir.
Bənzər problemlə üzləşən digər şəxslər də xəstəxanadakı növbə sisteminin qeyri-mütəşəkkil olmasından şikayət edirlər.
Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, müraciətlər müəyyən gün və saatlarda daha sıx olur. Vətəndaşların əksəriyyəti eyni günlərdə və pik saatlarda tibbi xidmətə müraciət etməyə üstünlük verir. Bu isə bəzi günlərdə sıxlığın artmasına səbəb olur.
Xəstəxanadan o da qeyd olunub ki, elektron növbə sistemi müraciətlərin daha effektiv tənzimlənməsinə, növbələrin azaldılmasına və gözləmə müddətinin optimallaşdırılmasına xidmət edir. Hazırda sıxlığın müşahidə olunduğu günlər üzrə axının balanslaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində əlavə təşkilati tədbirlər həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Bakı sakini Lətifə Musayeva olub.
Cəmiyyət"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEO
Aprelin 3-ü Vətən müharibəsi şəhidi Sənan Vidadi oğlu Hüseynovun doğum günüdür. Yaşasaydı, 30 yaşı tamam olacaqdı.
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.