
Beyrutda "Hizbullah"ın iki yüksəkvəzifəli rəsmisi öldürüldü
Livanın Beyrut şəhərinə İsrailin zərbəsi nəticəsində "Hizbullah"ın kommunikasiya bölməsinin iki yüksəkvəzifəli rəsmisi öldürülüb.
Livanın Beyrut şəhərinə İsrailin zərbəsi nəticəsində "Hizbullah"ın kommunikasiya bölməsinin iki yüksəkvəzifəli rəsmisi öldürülüb.
Gundem.today-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) öz "Telegram" kanalında məlumat verib.
"Livan paytaxtındakı zərbə nəticəsində bölmənin iki yüksəkvəzifəli üzvü - Ayyub Hüseyn Yakub və Yasir Məhəmməd Mübarak öldürülüblər. Hərbçilərin sözlərinə görə, onlar "Hizbullah" daxilində kommunikasiya məsələlərinə cavabdeh olublar", - deyə məlumatda bildirilib.
SAXAL qeyd edib ki, Ayyub Hüseyn Yakub daha əvvəllər "Hizbullah"ın raket bölməsində rəhbər vəzifə tutub və İsrailə qarşı çoxsaylı hücumların arxasında dayanıb, Yasir Məhəmməd Mübarak isə həm raket bölməsində, həm də əlaqələr bölməsində vəzifələr tutub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaErmənistanda seçki reallıqları: Koçaryan biabır oldu
2026-cı il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərə bir neçə ay qalmış beynəlxalq və yerli müşahidəçilər ölkədəki siyasi mənzərənin hazırkı statistikasını açıqlayıblar. Mövcud sorğulara nəzər salanda görürük ki, keçmiş prezident Robert Koçaryan cəmiyyətdə ciddi dəstək qazanmır. Rəy sorğularına əsasən, baş nazir Nikol Paşinyanın 29 faizlik dəstəkçiləri ilə müqayisədə Koçaryanda bu rəqəm yalnız 3 faizdir.
DünyaPakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin XİN rəhbərləri Yaxın Şərqi müzakirə edəcəklər
Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirləri Yaxın Şərq regionunda gərginliyin azaldılması yollarını müzakirə etmək üçün Pakistanın paytaxtı İslamabada gedəcəklər.
Dünyaİraqın hava məkanı nə vaxt açılacaq?
İraqın hava məkanında uçuş qadağası martın sonuna qədər uzadılıb.
DünyaNepalın sabiq baş naziri həbs edildi
Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar.