
Nepalın sabiq baş naziri həbs edildi
Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar.
Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Xəbərə əsasən, bu həbslər ötən ilin sentyabrında Z nəslinin korrupsiyaya qarşı keçirdiyi aksiyalar zamanı onlarla insanın həyatını itirməsi faktı üzrə aparılan istintaq tədbirləri çərçivəsində reallaşıb.
Saxlanılma qərarı yeni təyin olunmuş Baş nazir Balendra Şahın andiçmə mərasimindən bir gün sonra, sentyabr iğtişaşlarını araşdıran xüsusi komissiyanın rəyi əsasında icra edilib. Sözügedən komissiya sabiq hökumət rəhbərini nümayişlərin ilk günündə azı 19 etirazçının ölümü ilə nəticələnən atışma zamanı lazımi tədbir görməməkdə təqsirli bilib. Ümumilikdə iki gün davam edən və nəticədə Olinin istefası ilə yekunlaşan toqquşmalarda 76 nəfər həyatını itirib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hazırda Katmandu polis idarəsində saxlanılan Oli və Lehak bazar günü hakim qarşısına çıxarılacaqlar. İki dəfə böyrək köçürülməsi əməliyyatı keçirmiş 74 yaşlı sabiq baş nazir səhhəti ilə əlaqədar polis bölməsindən xəstəxanaya aparılıb. Olinin hüquqlarını müdafiə edən vəkil isə bu həbsin heç bir əsası olmadığını və müvəkkilinin qaçma ehtimalının mümkünsüzlüyünü vurğulayıb.
Xatırladaq ki, bir gün öncə Katmandu şəhərinin keçmiş meri və sabiq reper olan 35 yaşlı Balendra Şah Nepalın yeni baş naziri vəzifəsinə keçib. Şah 14 nəfərdən ibarət yeni Nazirlər Kabinetini formalaşdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTUSAŞ-ın baş direktoru: "HÜRKUŞ"un Azərbaycana ixracı üçün danışıqların son mərhələsindəyik" - ÖZƏL
"Türkiyə və Azərbaycan sadəcə məhsul tədarük edən və satın alan iki ölkə deyil, birlikdə təkmilləşdirmə aparan, istehsal edən, regional təhlükəsizliyə birlikdə istiqamət verən strateji tərəfdaşlardır".
DünyaABŞ-İsrail və İran qarşıdurması nə qədər davam edəcək? - Rubio açıqladı
ABŞ dövlət katibi Marko Rubio martın 27-də Fransada baş tutan G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında İranla davam edən toqquşmaların daha iki-dörd həftə arası çəkəcəyini vurğulayıb.
DünyaParisdə bələdiyyə binasına hücum edildi - SEÇKİSONRASI TƏXRİBAT?
Parisin cənub hissəsində yerləşən Fren (Fresnes) kommunasında bir qrup naməlum şəxs bələdiyyə binasına basqın edərək otaqları darmadağın edib.
DünyaErmənistanda seçki reallıqları: Koçaryan biabır oldu
2026-cı il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərə bir neçə ay qalmış beynəlxalq və yerli müşahidəçilər ölkədəki siyasi mənzərənin hazırkı statistikasını açıqlayıblar. Mövcud sorğulara nəzər salanda görürük ki, keçmiş prezident Robert Koçaryan cəmiyyətdə ciddi dəstək qazanmır. Rəy sorğularına əsasən, baş nazir Nikol Paşinyanın 29 faizlik dəstəkçiləri ilə müqayisədə Koçaryanda bu rəqəm yalnız 3 faizdir.