
Bəzi cərimələrin minimum hədlərinin müəyyənləşdirilməsi təklif edilir - FOTO
Azərbaycanda bəzi cərimələrin konkret məbləğinin müəyyənləşdirilməsi təklif olunur.
Azərbaycanda bəzi cərimələrin konkret məbləğinin müəyyənləşdirilməsi təklif olunur.
Gundem.today xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
Deputat xatırladıb ki, məcəllənin 308-1 maddəsində təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə, bu əməl xeyli miqdarda vəsaitlə törədildikdə cinayət predmetinin dəyərinin, yəni təyinatından kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə tutulur:
"Mövcud mətndə cərimələr 9-13 min manat intervalında dəyişir. Yeni dəyişikliklər ilə fiks cərimə mexanizmdən faiz meyarına keçidi reallaşdırır. Təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlət vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə cərimələrin minimum məbləği müəyyənləşə bilər.
Təklif edirəm ki, dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə, əməl xeyli miqdarda vəsaitlə törədildikdə minimum əməkhaqqının bəlli mislindən az olmamaq şərti ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum edilsin. Burada minimum əməkhaqqı misli ilə bağlı konkret rəqəm qanunverici dəyişiklik təşəbbüsü ilə çıxış edən qurum tərəfindən müyyənləşdirilə bilər".
Vüqar Bayramov bildirib ki, həmin məcəllənin 308-1-2 maddəsinə təklif edilən düzəlişlərdən biri bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxsin cinayət predmetinin dəyərini tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır:
"Məcəllə ilə xeyli miqdarda ziyan 50-250 min manat arası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyan kimi təsnifləndirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıra MDB dövlətlərində məsuliyyətdən azad olunma halı, sadəcə, kiçik məbləğli cinayət törədənlərə şamil edilir. Xeyli miqdarda ziyanın məbləği Azərbaycanda minimum əməkhaqqının 125 mislindən 625 misli arasında dəyişir. Külli miqdarda olan ziyan isə minimum əməkhaqqının 625 mislindən başlayan rəqəmlər ilə ifadə olunur. Ona görə bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsi və həmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarına şamil olunmaması yaxşı olardı".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDövlət Statistika Komitəsi sədrinə müşavir təyin edilib - FOTO
Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müşavir təyin olunub.
Cəmiyyət"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi
"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.
Cəmiyyətİçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEO
İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.
CəmiyyətBibiheybət yolunda bərpa işlərinə başlanıldı
İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.