
"Gəncə KOB evi"ndə sahibkarlara YENİ İMKANLAR: 35 dövlət qurumunun 300-dən çox XİDMƏTİ - FOTO
"2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1.5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əm
"2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1.5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb".
Gundem.today xəbər verir ki, bu barədə müsahibəsində "Gəncə KOB evi"nin direktoru Orxan Abbasov deyib.
Müsahibəni təqdim edirik:
- Sayca 5-ci KOB evinin Gəncə şəhərində fəaliyyətə başlaması region sahibkarları üçün hansı üstünlüklər yaradır?
- "Gəncə KOB evi"nin fəaliyyətə başlaması region sahibkarları üçün bir sıra mühüm üstünlüklər yaradır. İlk növbədə, burada 15 dövlət qurumu tərəfindən 80-dən çox xidmətin vahid məkanda təqdim olunması sahibkarların müxtəlif qurumlara ayrı-ayrılıqda müraciət etmədən bütün zəruri xidmətləri bir ünvanda əldə etməsinə imkan verir. Bu, sahibkarların dövlət qurumları ilə əlaqəsini asanlaşdırır, inzibati prosesləri sadələşdirir. Nəticədə biznes məsələləri ilə bağlı vaxt itkisi azalır, əməliyyat xərclərinə qənaət olunur. Eyni zamanda KOB evində xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət keyfiyyətini ölçüləbilən edir. Bu imkanlar regionda biznes fəaliyyətinin genişlənməsinə, yeni təşəbbüslərin yaranmasına və sahibkarlıq mühitinin daha da güclənməsinə töhfə verir.
- İş adamlarının "Gəncə KOB evi"ndə hansı xidmətlərdən yararlanması mümkündür?
- Sahibkarlar biznesin qurulması və inkişafı üçün vacib olan bir çox xidmətlər üçün "Gəncə KOB evi"nə müraciət edə bilərlər. Bunlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanları və digər icazələrin alınması, strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə, məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlərdir.
- KOB evində yalnız dövlət xidmətləri təqdim olunur?
- Xeyr. Burada dövlət xidmətləri ilə yanaşı, özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə kimi "B2B" xidmətlər də göstərilir. Burada həmçinin bir bank filialı və poçt xidməti də mövcuddur. Ümumilikdə "Gəncə KOB evi"ndə 33 xidmət pəncərəsində sahibkarlara həm "G2B", həm də "B2B" xidmətlər təqdim olunur. Gələcəkdə sahibkarların ehtiyacı olan digər xidmətlərin də KOB evinə cəlb olunması ilə xidmət pəncərələrinin sayı artırıla bilər.
- "Gəncə KOB evi"ndən yalnız Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar istifadə edə bilərlər?
- Gəncə ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da "Gəncə KOB evi"ndə göstərilən xidmətlər üçün müraciət edə bilərlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin dövlət qurumlarının regional strukturuna görə bəzi xidmətlər konkret olaraq müvafiq region üzrə göstərilir. Bu hallar istisna olmaqla sahibkarlar yaşadıqları ərazidən asılı olmayaraq Bakı, Gəncə, Yevlax, Xaçmaz və Şuşa KOB evlərində xidmət alırlar.
- KOB evində əlavə hansı imkanlar yaradılıb?
- "Gəncə KOB evi"ndə KOB dostu ofisi də fəaliyyətdədir. KOB İnkişaf Mərkəzi (KOBİM) isə yaxın zamanda fəaliyyət göstərəcək. Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Gəncə KOBİM sahibkarlara biznes ideyalarının reallaşdırılması və inkişafı üçün təlimlər keçəcək, məsləhət xidməti göstərəcək, biznes planın hazırlanması və şəbəkələşmə imkanları təqdim edəcək. Bundan əlavə, sahibkarlarla görüşlərin və müxtəlif tədbirlərin keçirilməsi üçün KOB evində konfrans zalı, iş otaqları da mövcuddur.
- "Gəncə KOB evi" harada yerləşir və iş saatları necədir?
- "Gəncə KOB evi" Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir. KOB evi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərir.
- Sahibkarlar "Gəncə KOB evi"nin xidmətlərindən istifadə etmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidirmi?
- Sahibkarlar "Gəncə KOB evi"nə əvvəlcədən qeydiyyatdan keçmədən birbaşa müraciət edə bilərlər. Xidmətlər növbəlilik prinsipi əsasında təqdim olunur və binaya gələn zaman girişdə növbə götürmək üçün qurğu yerləşdirilib. Hazırda sahibkarların "Gəncə KOB evi"nə gəlmədən onlayn növbə götürməsi üçün "KOB növbə" tətbiqi üzərində də iş aparılır.
- "Gəncə KOB evi"ndə göstərilən xidmətlər ödənişlidirmi?
- "Gəncə KOB evi"ndə sahibkarlara dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərin əksəriyyəti qanunvericiliyə uyğun olaraq ödənişsizdir. Lakin bəzi xidmətlər üzrə dövlət rüsumu və ya xidmət haqqı nəzərdə tutula bilər və bu ödənişlər müvafiq qaydalara əsasən həyata keçirilir. Ödənişləri etmək üçün KOB evində bank fəaliyyət göstərir.
- Sahibkarlar üçün maraqlı ola biləcəyini nəzərə alaraq bir qədər də KOB evi modeli barədə m
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycanda bir ASC-nin 11 milyon manatlıq mülkləri satışa çıxarılır - SİYAHI
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlaklar satışa çıxarılacaq.
İqtisadiyyatMədəniyyət sahəsində qrant almaq istəyənlərə MÜJDƏ - Yeni qayda
Mədəniyyət sahəsində qrant layihələrinin maliyyələşdirilməsi "Qrant haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.
İqtisadiyyatİqor Qarafuliç: "BMT WUF13-ün uğurla keçirilməsi üçün Azərbaycana dəstək göstərməyə hazırdır"
"Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır".
İqtisadiyyatBeş il üçün 85 milyon dollar: Azərbaycanda bu vəsait nəyə xərclənəcək? - FOTO
"Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.