Son dəqiqə
KİV: Avropa ölkələrinin İrana qarşı əməliyyatdan imtinası NATO daxilində parçalanma yaradıbQayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdıCo Baydenin oğlu 17 milyon dollar borcu ilə ABŞ-ni tərk etdiLivanın baş naziri İsraillə sülh danışıqları üçün ABŞ-yə gedirSumqayıtda məşhur geyim mağazasının fəaliyyəti dayandırıldı - FOTO - VİDEOÖlkəmizdə İnşaatçılar Günüdür
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEO
İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEO
Cəmiyyət

İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEO

Bu gün
12:24
0 baxış
Paylaş:

İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.

İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.

Bu barədə Gundem.today-a İdarənin Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcək:

"Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.

Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaq və bunun nəticələrinə əsasən, qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcək".

İdarədən bildirilib ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunub.

Qeyd olunub ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməyib və aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir:

"Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir".

İdarədən onu da bildiriblər ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub:

"Mütəxəssislər qrupu uzun illər beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanda da bir sıra mühüm tarixi abidələrin bərpasında iştirak edib. Onların həyata keçirdiyi layihələr sırasında Qız qalası, Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı Kompleksi və digər mühüm abidələr yer alır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycanın_tarixi_abidələri#İçərişəhər_Dövlət_Tarix-Memarlıq_Qoruğu_İdarəsi#İçərişəhər_Dövlət_Tarix-Memarlığı_Qoruğu#Qala_divarı

Oxşar Xəbərlər

Sumqayıtda məşhur geyim mağazasının fəaliyyəti dayandırıldı - FOTO - VİDEOCəmiyyət

Sumqayıtda məşhur geyim mağazasının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Bu gün
14:000
Ölkəmizdə İnşaatçılar GünüdürCəmiyyət

Ölkəmizdə İnşaatçılar Günüdür

Bu gün inşaat sahəsində çalışanların peşə bayramıdır.

Bu gün
14:040
Xəzər Dəniz Neft Donanmasında YENİ TƏYİNATCəmiyyət

Xəzər Dəniz Neft Donanmasında YENİ TƏYİNAT

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.

Bu gün
13:520
Yanardağ yaxınlığında dağ massivi yarılır - İDDİACəmiyyət

Yanardağ yaxınlığında dağ massivi yarılır - İDDİA

Abşeron rayonunun Digah qəsəbəsində Yanardağ ətrafında dağ massivinin qanunsuz şəkildə yarılması iddia edilib.

Bu gün
13:441