
Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb olur - Həkimdən xəbərdarlıq
"Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb ola bilər".
"Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb ola bilər".
Gundem.today-ın xəbərinə görə, bu barədə psixoterapevt Xloya Bin "Real Simple" nəşrinə müsahibəsində danışıb.
O, koqnitiv problemlərə gətirib çıxaran amilləri sadalayıb.
Xloya Bin bildirib ki, beyin "dumanlanmasına" səbəb olan əsas vərdişlərdən biri xroniki yuxu çatışmazlığı və ya qeyri-sabit yuxudur. O qeyd edib ki, həkimlər yuxu çatışmazlığını diqqətin, ayıqlığın, yaddaşın, fikir yürütmənin və ümumi koqnitiv qabiliyyətlərinin pozulması ilə əlaqələndirirlər. Sağlam yuxuya məhəl qoyulmaması düşünmənin yavaşlaması, unutqanlıq, diqqəti cəmləməkdə çətinlik və ya zehni geriləmə hissi ilə nəticələnə bilər.
Psixoterapevt əlavə edib ki, həmçinin birdən çox tapşırıq və diqqətin daim dəyişdirilməsi də beyində "dumanlanmaya" səbəb ola bilər.
"Bir çoxları düşünür ki, mesajlar, e-poçtlar və sosial şəbəkələr arasında keçid etməklə effektiv və məhsuldar işləyirlər, lakin diqqətin bu şəkildə bölünməsi beynin özünü daha "dumanlı" və çaşqın hiss etməsinə gətirib çıxarır", - deyə Xloya Bin bildirib.
Onun sözlərinə görə, həmçinin xroniki stres və orqanizmin əsas tələbatlarını gözardı etmək də koqnitiv funksiyalara mənfi təsir göstərə bilər.
"Hətta yüngül susuzlaşma belə diqqəti cəmləmək və məlumatı yadda saxlamaq qabiliyyətini pisləşdirə bilər. Bəzən məlum olur ki, bədən su, istirahət, diqqəti cəmləmək, stresi azaltmaq kimi əsas ehtiyacları tələb etdiyi üçün beyində "dumanlanma" əmələ gəlib", - deyə həkim xəbərdarlıq edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıSəssiz inkişaf edən xəstəlik: Dişləriniz sizə siqnal verir
Ağız boşluğunda yaranan cüzi narahatlıqlar belə bəzən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.
MaraqlıPişiklərin davranışlarındakı müəyyən sirlər açıqlandı
Hətta ən qayğıkeş pişik sahibləri belə bəzən ev heyvanlarının şəxsi sərhədlərini poza bilirlər - təsadüfən pəncəsinə basır və ya yüksək səslə danışırlar. Bundan sonra pişik nümayişkaranə şəkildə sahibini görməzdən gələ bilər.
MaraqlıEstetik ifadə vasitəsi olan tatu və pirsinq prosedurları - FOTO
Tatu və pirsinq bədən üzərində estetik ifadə vasitəsi kimi son illər daha çox maraq doğurur. Bu proses həm ustanın peşəkarlığını, həm də gigiyena qaydalarına ciddi əməl olunmasını tələb edir.
MaraqlıYaddaşı inkişaf etdirən üsullar məlum olub
"Stolüstü oyunlar idrak sağlamlığını qorumaq, yaşla bağlı dəyişiklikləri yavaşlatmaq və yaddaş, diqqət və düşüncəni inkişaf etdirmək üçün təsirli bir vasitə ola bilər".