
KİV: Böyük Britaniyada yanacaq qıtlığı qeydə alınır
Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində Fars körfəzindəki münaqişə fonunda yanacaq qıtlığı müşahidə olunur.
Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində Fars körfəzindəki münaqişə fonunda yanacaq qıtlığı müşahidə olunur.
Gundem.today "Sky News"a istinadən xəbər verir ki, bu barədə "Asda" yanacaqdoldurma şəbəkəsinin rəhbəri Allan Leyton bildirib.
Onun sözlərinə görə, tələb məhdud təklifi üstələyir və bu, müvəqqəti problemdir.
"Biz problemi həll etmək üzərində işləyirik. Təchizat gözlədiyimiz müddətdə belə vəziyyət yarana bilər. Qiymətlərin kəskin artması da çətinlik yaradır və bu, müvəqqəti qıtlığa səbəb ola bilər", - deyə o qeyd edib.
Leyton əlavə edib ki, problem hələlik az sayda yanacaqdoldurma məntəqəsində yaşanır və heç bir məntəqədə tam yanacaq çatışmazlığı qeydə alınmayıb.
Qeyd olunub ki, benzinin qiyməti bir litr üçün 1.5 funt sterlinqə (təxminən 3.40 manat) çatıb. Dizel yanacağının orta qiyməti isə 1.78 funt sterlinqi (təxminən 4 manat) ötüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur
"Telegram"ın süni intellektə əsaslanan "redaktor" funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları aradan qaldırmaq, mətnin üslubunu formalaşdırmaq və müxtəlif dillərə tərcümə etmək mümkündür.
DünyaÇin şirkəti avtomobil istehsalında humanoid robotlardan istifadə etməyə başlayıb
Çinin nəhəng avtomobil istehsalçısı olan Şanxay Avtomobil Sənaye Korporasiyası (SAIC) öz istehsal prosesinə humanoid robotları cəlb edib.
DünyaDaimi əsnəmənin həyati təhlükələri açıqlandı
"Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər".
DünyaTuristlərin ən çox oğurluqla üzləşdiyi şəhərlər məlum oldu
Qlobal miqyasda aparılan və 13 min rəyin təhlil edildiyi araşdırma nəticəsində turistlərə qarşı ən çox oğurluq hallarının qeydə alındığı şəhərlərin siyahısına Paris, Roma və Barselona başçılıq edir.