
Bəzi hallarda sərnişinlərdən metroda əlavə ödəniş tələb edilə bilər - Qanun nə deyir? - VİDEO
Metrodan istifadə edən bir çox sərnişin hesab edir ki, əl yükünə görə əlavə ödəniş tələb olunmur. Amma ölçü və həcm həddini aşan yüklər üçün müəyyən ödəniş qaydaları mövcuddur.
Metrodan istifadə edən bir çox sərnişin hesab edir ki, əl yükünə görə əlavə ödəniş tələb olunmur. Amma ölçü və həcm həddini aşan yüklər üçün müəyyən ödəniş qaydaları mövcuddur.
Gundem.today-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu metrodan istifadə qaydalarıdır.
Ölçü də, say da şərtdir
Nazirlər Kabinetinin 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı Metropolitenindən istifadə qaydalarında qeyd olunur ki, sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.
Əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, sərnişinlərə xəsarət yetirməsin. Daşınmasına icazə verilən əl yükünün sayı ikidən çox olmamalıdır. Ödənişsiz keçid hüququnu verən sənəd gediş haqqı ödənilməli olan əl yükünün ödənişsiz aparılmasına hüquq vermir.
Bundan başqa, müəyyən edilmiş halda metroda bəzi şəxslərə yer vermək məcburidir.
Belə ki, əlilliyi olan şəxslərə, qocalara, hamilə qadınlara və uşaqlı sərnişinlərə oturmağa yer verməlidir.
Həmçinin metropoliten rəhbərliyinin icazəsi olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşmaq qadağandır.
Bu qaydanı pozanlarına görə də cərimə müəyyənləşib.
İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsində qeyd olunur ki, müvafiq icazə olmadan elektrik işlədicilərindən istifadəyə görə 70 manat məbləğində cərimə nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSənəd dəyişdirildi, evlər satıldı - VİDEO
Evi ola-ola evsiz qaldığını iddia edir...
CəmiyyətBağçada uşaqlara keyfiyyətsiz qidalar verilir? - VİDEO
Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Esmanur" uşaq bağçası ilə bağlı müəyyən şikayətlər səsləndirilir.
CəmiyyətBakıda qəza ocağına dönən yollar - "Oradan qanunu pozmadan keçmək çox çətindir" - VİDEO
Baku TV-yə "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında qəza ocaqları və təhlükəsizlik mövzusu müzakirə olunub.
CəmiyyətÜrəyi dayanan 62 yaşlı kişini xilas edən həkimlər danışdılar
Ötən gün ictimai nəqliyyatda halı pisləşən xəstəni Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri həyata qaytarmışdılar.