
Rusiyalı həkimlər yeniyetmənin həyatını xilas etdilər: Mədəsinin üçdə ikisi tüklə dolu idi
Rusiyalı həkimlər mədəsində nəhəng tük yumağı aşkarlanan yeniyetmə qızın həyatını xilas ediblər.
Rusiyalı həkimlər mədəsində nəhəng tük yumağı aşkarlanan yeniyetmə qızın həyatını xilas ediblər.
Gundem.today Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeniyetmə qız iştahasızlığından və hər qida qəbulundan sonra mədəsində yaranan davamlı, qeyri-təbii toxluq hissindən şikayətlənib.
Müayinə zamanı həkimlər şokedici mənzərə ilə qarşılaşıblar: uşağın mədəsinin üçdə ikisinin dolaşıq tüklərdən ibarət sıx yumaqla - tibbi dildə "trixobezoar" adlandırılan yad cisimlə dolu olduğu aşkar edilib.
Cərrahlar kiçik kəsik vasitəsilə yad cismi uğurla çıxarıblar. Əməliyyatdan sonra artıq ikinci gün qız reanimasiyadan adi palataya köçürülüb. O, özü su içməyə və qısa müddət sonra normal qidalanmağa başlayıb.
Hazırda vəziyyəti stabil olan xəstə yaxın günlərdə evə buraxılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSahəsinin 99 faizini itirdi: Dünyanın ən böyük aysberqi parçalanır - FOTO
Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 40 il ərzində izlənilən dünyanın ən böyük aysberqi A23a artıq öz ömrünü başa vurur.
DünyaDrezden yaxınlığında üç min ildən çox yaşı olan xəzinə aşkarlandı
Almaniyanın Drezden yaxınlığında yaşı 3 min ildən çox olan qədim xəzinə aşkarlanıb.
DünyaAlmaniyada qeyri-adi TAPINTI
Almaniyanın paytaxtı Berlin ətrafında gəzintiyə çıxan 13 yaşlı məktəbli iki minillikdən daha qədim tarixə malik, qədim Troyada istehsal olunmuş bürünc sikkə aşkar edib.
DünyaRusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyüb
Rusiyanın Kemerovo vilayətində polis əməkdaşlarına qarşı zorakılıq etməkdə təqsirli bilinən qadına məhkəmə hökm oxuyub.