Son dəqiqə
Rusiyalı həkimlər yeniyetmənin həyatını xilas etdilər: Mədəsinin üçdə ikisi tüklə dolu idiDrezden yaxınlığında üç min ildən çox yaşı olan xəzinə aşkarlandıElçin Əmirbəyov Britaniyada bir sıra görüşlər keçirib - FOTOEv üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlərAlmaniyada qeyri-adi TAPINTIRusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyüb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Almaniyada qeyri-adi TAPINTI
Almaniyada qeyri-adi TAPINTI
Dünya

Almaniyada qeyri-adi TAPINTI

Bu gün
05:46
0 baxış
Paylaş:

Almaniyanın paytaxtı Berlin ətrafında gəzintiyə çıxan 13 yaşlı məktəbli iki minillikdən daha qədim tarixə malik, qədim Troyada istehsal olunmuş bürünc sikkə aşkar edib.

Almaniyanın paytaxtı Berlin ətrafında gəzintiyə çıxan 13 yaşlı məktəbli iki minillikdən daha qədim tarixə malik, qədim Troyada istehsal olunmuş bürünc sikkə aşkar edib.

Gundem.today xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb.

Məlumata görə, bu tapıntı Almaniyanın paytaxtında indiyədək aşkarlanan ilk yunan sikkəsi kimi tarixə düşüb. Spandau ərazisində üzə çıxarılan, 12 millimetr diametrə və təxminən yeddi qram çəkiyə malik sikkənin üzərində Korinf dəbilqəli Afina profili, eləcə də kalatos adlı baş geyimi taxan, əlində nizə və iy tutan ilahə silueti həkk olunub.

Tədqiqatçılar sikkənin hazırda Troya adı ilə tanınan qədim İlion zərbxanasına aid olduğunu təsdiqləyiblər. İlkin qiymətləndirmələrə əsasən, bu tarixi əşyanın təxminən 2 300 yaşı var və eramızdan əvvəl 281-261-ci illərə aid edilir.

Əlavə olaraq bildirilib ki, məktəblinin arxeoloqlara göstərdiyi ərazi Tunc və Erkən Dəmir dövrlərini əhatə edən qədim məzarlıq olub. Qazıntı zamanı qəbirdən saxsı qab parçaları, yandırılmış insan qalıqları və bürünc düymə tapılıb.

Sikkənin materialının o qədər də qiymətli olmamasını əsas gətirən ekspertlər onun məzara xüsusi simvolik bəxşiş məqsədilə yerləşdirildiyini ehtimal edirlər. Sikkənin Şimali Avropaya kəhrəba ticarəti marşrutu vasitəsilə çatdığı, yunan tacirlərinin isə öz məhsullarını kəhrəbaya dəyişdiyi güman olunur.

Hazırda bu nadir tarixi əşya PETRI Berlin muzeyinin sərgisində ziyarətçilərə təqdim edilir.

Xatırladaq ki, bir müddət əvvəl iki amerikalı arxeoloq tərəfindən 1721-ci ildə Madaqaskar sularında batmış Portuqaliyanın "Nossa Senhora do Cabo" gəmisinin qalıqları tapılmışdı. Tədqiqatçı dalğıclar dəniz dibindəki qum və lil qatının altından dini təyinatlı heykəlciklər, dulusçuluq nümunələri və üzərində ərəb yazıları olan qızıl sikkələrin də yer aldığı 3 mindən çox tarixi əşya çıxarmışdılar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Almaniya#Arxeoloji_qazıntılar

Oxşar Xəbərlər

Rusiyalı həkimlər yeniyetmənin həyatını xilas etdilər: Mədəsinin üçdə ikisi tüklə dolu idiDünya

Rusiyalı həkimlər yeniyetmənin həyatını xilas etdilər: Mədəsinin üçdə ikisi tüklə dolu idi

Rusiyalı həkimlər mədəsində nəhəng tük yumağı aşkarlanan yeniyetmə qızın həyatını xilas ediblər.

Bu gün
07:180
Drezden yaxınlığında üç min ildən çox yaşı olan xəzinə aşkarlandıDünya

Drezden yaxınlığında üç min ildən çox yaşı olan xəzinə aşkarlandı

Almaniyanın Drezden yaxınlığında yaşı 3 min ildən çox olan qədim xəzinə aşkarlanıb.

Bu gün
06:460
Rusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyübDünya

Rusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyüb

Rusiyanın Kemerovo vilayətində polis əməkdaşlarına qarşı zorakılıq etməkdə təqsirli bilinən qadına məhkəmə hökm oxuyub.

Bu gün
05:200
Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtulduDünya

Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu

Avstraliyada nəhəng timsahın hücumuna məruz qalan şəxs yırtıcının caynağından son anda xilas ola bilib.

Bu gün
04:180