Son dəqiqə
Azərbaycan millisindən ayrılan Fernandu Santuş dünya çempionatına yollana bilərİçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEOBibiheybət yolunda bərpa işlərinə başlanıldıMoskvada məktəbli metro qatarını pnevmatik tapança ilə gülləyə tutdu - VİDEOİsrail ABŞ-nin təzyiqi ilə Livanla danışıqlara başlayırAydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bəzi müəllimlər XÜSUSİ QAYDADA qiymətləndiriləcəklər
Bəzi müəllimlər XÜSUSİ QAYDADA qiymətləndiriləcəklər
Cəmiyyət

Bəzi müəllimlər XÜSUSİ QAYDADA qiymətləndiriləcəklər

Bu gün
11:18
1 baxış
Paylaş:

Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki bilikləri xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndiriləcək.

Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki bilikləri xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndiriləcək.

Gundem.today xəbər verir ki, sözügedən məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində və "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur.

Vurğulanıb ki, bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.

Eyni zamanda, attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.

Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır.

Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Qeyd olunub ki, layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının attestasiya keçirilməsi yolu ilə deyil, sertifikasiya imtahanına cəlb edilməsi ilə yolu ilə xüsusi qaydalara uyğun olaraq qiymətləndirilməsi nəticəsində bu prosesinin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək, qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olunacaq.

Həmçinin sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur ki, bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.

Layihə səsə qoyulduqdan sonra üçüncü oxunuşda qəbul olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Müəllim#Müəllimlərin_sertifikasiyası#Müəllimlərin_attestasiyası#Milli_Məclis#Təhsil_haqqı

Oxşar Xəbərlər

İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEOCəmiyyət

İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə hansı işlər görülür? - FOTO - VİDEO

İçərişəhər ərazisində qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülür.

Bu gün
12:240
Bibiheybət yolunda bərpa işlərinə başlanıldıCəmiyyət

Bibiheybət yolunda bərpa işlərinə başlanıldı

İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.

Bu gün
12:260
Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTOCəmiyyət

Aydın Dəmirovun 2.8 milyonluq əmlakı müsadirə olundu - FOTO

Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.

Bu gün
12:160
Azərbaycanda sabiq nazirə yeni vəzifə verildiCəmiyyət

Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.

Bu gün
12:050