
Moskvada məktəbli metro qatarını pnevmatik tapança ilə gülləyə tutdu - VİDEO
Moskva polisinin əməkdaşları metronun Arbat-Pokrovskaya xəttinin "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı açıq sahədə hərəkət edən qatara həmyaşıdları ilə birlikdə pnevmatik tapançadan güllə atan yeddinci sinif şagirdinin şəxsiyyətini müəyyənləşdiriblər.
Moskva polisinin əməkdaşları metronun Arbat-Pokrovskaya xəttinin "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı açıq sahədə hərəkət edən qatara həmyaşıdları ilə birlikdə pnevmatik tapançadan güllə atan yeddinci sinif şagirdinin şəxsiyyətini müəyyənləşdiriblər.
Gundem.today xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına depoda iki vaqonun şüşələrinin sındırılması barədə məlumat daxil olub.
"Hadisə yerinin yaxınlığında polislər ümumtəhsil məktəbinin 7-ci sinif şagirdini saxlayıblar. Yeniyetmə etiraf edib ki, dostları ilə birlikdə pnevmatik silahdan elektrik qatarı istiqamətində bir neçə güllə atıb və nəticədə vaqonların pəncərələri zədələnib", - deyə İ.Volk "Max" sosial şəbəkəsində yazıb.
Nazirlik rəsmisi əlavə edib ki, məktəbli polis şöbəsinə aparılıb və orada qanuni nümayəndəsinin iştirakı ilə onunla profilaktik söhbət aparılıb. Həmçinin məlum olub ki, o, bir neçə gün əvvəl marşrut avtobusunun gövdəsindən yapışaraq 12-ci Parkovaya küçəsindən Nijnyaya Pervomayskayaya qədər getdiyi üçün artıq polisin diqqətini cəlb edibmiş.
"Yeniyetmənin atası barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 5.35-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozma haqqında iki protokol tərtib edilib", - deyə qurum nümayəndəsi bildirib.
Şagird Rusiya DİN-in Şərqi İzmaylovo rayonu üzrə şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə bölməsində profilaktik uçota alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda qatarların fəaliyyəti bərpa olundu
ABŞ və İsrailin İrana hücumları səbəbindən qatarların fəaliyyəti dayandırılmış Tehran və Məşhəd arasındakı dəmir yolu xəttində hərəkət bərpa olunub.
DünyaPolşada ABŞ-nin hərbi kontingentinin sayı artırılır
Polşa öz ərazisində yerləşən ABŞ hərbi kontingentinin sayının artırılacağına ümid edir.
Dünyaİsrail ABŞ-nin təzyiqi ilə Livanla danışıqlara başlayır
ABŞ-nin təzyiqləri nəticəsində İsrail hökuməti gələn həftə Vaşinqtonda Livanla danışıqlar aparmağa razılıq verib.
DünyaTramp Hörmüz boğazı ilə bağlı təcili olaraq NATO-ya müraciət edib
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.