
Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: Valideynlərin diqqətinə
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb.
Gundem.today xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda "Azərişıq" ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 15-dək 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] elektron poçtuna göndərərək təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.
5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.
Paytaxt məktəbləri üzrə dislokasiya bu ünvandan tanış ola bilərsiniz: https://baku.edu.gov.az/az/page/333.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Sizi deyib gəlmişəm": "Molla Nəsrəddin" məktəbinin yaranmasından 120 il ötür
Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 120 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə, "Qeyrət" mətbəəsində çap olunub.
CəmiyyətAzərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıb
Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
CəmiyyətKollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO
Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.
CəmiyyətÜmumdünya Sağlamlıq Günü qeyd olunur
Hər il aprelin 7-də dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1948-ci ilin bu günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılıb və 1950-ci ildən etibarən bu gün qlobal səviyyədə qeyd olunmağa başlanıb.