Son dəqiqə
"Formula-1"də komanda başçıları nə qədər maaş alırlar? - SİYAHI"Arsenal"ın sabiq futbolçusu karyerasını başa vurdu - FOTOİqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTOİran "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlərlə zərbə endiribŞəkidə 23 mindən çox abonentin qazı kəsiləcəkTrampı hədələyən silahlı gənc saxlanıldı - Arxasında gizli qüvvə varmı?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İran ABŞ-nin təklifini rədd etdi və qəti tələblər qoydu - Müharibə daha da alovlanacaq?
İran ABŞ-nin təklifini rədd etdi və qəti tələblər qoydu - Müharibə daha da alovlanacaq?
Siyasət

İran ABŞ-nin təklifini rədd etdi və qəti tələblər qoydu - Müharibə daha da alovlanacaq?

Bu gün
16:04
0 baxış
Paylaş:

İran ABŞ-nin 45 günlük atəşkəs təklifi ilə bağlı mövqeyini Pakistan vasitəsilə qarşı tərəfə göndərib. Tehran müvəqqəti atəşkəsi rədd edir və müharibəyə daimi son qoyulmasını istəyir.

İran ABŞ-nin 45 günlük atəşkəs təklifi ilə bağlı mövqeyini Pakistan vasitəsilə qarşı tərəfə göndərib. Tehran müvəqqəti atəşkəsi rədd edir və müharibəyə daimi son qoyulmasını istəyir.

İslam Respublikası bununla bağlı bir sıra şərtlər irəli sürüb. Yaxın Şərqdə gərginlik fonunda Tehranın Vaşinqtonun atəşkəs təşəbbüsünü rədd etməsi və əvəzində daha genişmiqyaslı şərtlər irəli sürməsi regionda yeni mərhələnin başlaya biləcəyini göstərir. Tehran yalnız müvəqqəti fasilə deyil, münaqişələrin köklü şəkildə həllini tələb edir və bunun üçün həm hərbi, həm siyasi, həm də iqtisadi komponentləri əhatə edən paket ortaya qoyur.

Təklifdə Yaxın Şərqin bütün cəbhələrində, o cümlədən Livan və Qəzzada müharibənin zəmanətlərlə birlikdə tam dayandırılması, Amerika Birləşmiş Ştatlarına məxsus bazaların Fars körfəzindən çıxarılması, Hörmüz boğazı üzərində İranın nəzarətini tanıyan yeni tranzit protokolunun tətbiqi və gəmilərdən rüsum toplamaq hüququnun verilməsi əksini tapır.

Habelə, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların tam ləğvi, nüvə - İranın NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) və BMT nizamnaməsinə əsasən dinc məqsədli uran zənginləşdirmə hüququnun tanınması, müharibə nəticəsində dəymiş iqtisadi zərərə görə ABŞ tərəfindən təzminat ödənilməsi tələb edilir.

İranın şərtlərinə diqqət yetirdikdə, onların əhəmiyyətli hissəsinin Vaşinqtonun uzun illərdir qəbul etmədiyi və ya strateji maraqlarına zidd saydığı məsələlərdən ibarət olduğunu görürük. Xüsusilə ABŞ bazalarının Fars körfəzindən çıxarılması tələbi regiondakı qüvvələr balansını ciddi şəkildə dəyişə bilər. ABŞ üçün bu bazalar yalnız İranla bağlı deyil, həm də ümumilikdə Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının əsas elementidir.

Digər kritik məqam Hörmüz boğazı ilə bağlıdır. Dünyanın enerji ticarətinin böyük hissəsinin keçdiyi bu strateji nöqtə üzərində İranın nəzarətinin tanınması və rüsum tətbiq etməsi qlobal enerji bazarlarına birbaşa təsir göstərə bilər. Bu isə yalnız ABŞ üçün deyil, Avropa və Asiya ölkələri üçün də həssas məsələdir.

İranın sanksiyaların tam ləğvi və nüvə proqramı ilə bağlı tələbləri də Vaşinqtonun mövqeyi ilə ziddiyyət təşkil edir. ABŞ uzun müddətdir Tehranın uran zənginləşdirmə fəaliyyətlərini məhdudlaşdırmağa çalışır. İran isə bunu beynəlxalq hüquq çərçivəsində suveren haqq kimi təqdim edir. Bu fikir ayrılığı tərəflər arasında əsas mübahisə nöqtələrindən biri olaraq qalır.

Bundan əlavə, İranın ABŞ-dən müharibə zərərlərinə görə təzminat tələb etməsi diplomatik baxımdan çox çətin qəbul edilə biləcək şərtdir. ABŞ tarixən bu tip tələblərə razılaşmaqdan çəkinib və bunu presedent yaratmaq riski kimi görür. Məsələn, İraq 2003-cü ildə ABŞ ordusunun ölkəyə daxil olmasından sonra çox sayda iraqlı həyatını itirdiyi üçün Vaşinqtondan dəfələrlə təzminat tələb etsə də, bu gerəkləşməyib. Hansı ki, İraq parlamenti isə 2011-ci ildə 1990-1991-ci illərdəki Körfəz müharibəsindən zərər görən amerikalılar üçün 400 milyon dollar təzminat ödəmək qərarı vermişdi.

Düzdür, 1988-ci ildə ABŞ-nin prezidenti olan Ronald Reyqan İkinci dünya müharibəsi zamanı əsassız olaraq düşərgələrdə saxlanılan yapon əsilli ölkə sakinlərinə görə rəsmi üzr istəmiş və kompensasiya ödənilməsini nəzərdə tutan Mülki Azadlıqlar Aktını imzalayıb. Ancaq məsələ ondadır ki, bu aktdan da təzminat qərarlarının əsasən ölkələrə deyil, şəxslərə şamil edildiyi bəlli olur.

Bu kontekstdə ABŞ-nin Tehranın şərtlərini qəbul edəcəyi şübhə doğurur. Çünki mövcud siyasi reallıqlar göstərir ki, Vaşinqton bu yanaşmada deyil. İranın irəli sürdüyü tələblər faktiki olaraq ABŞ-nin regiondakı hərbi mövcudluğunu məhdudlaşdırır, iqtisadi təzyiq alətlərini aradan qaldırır və Tehranın strateji mövqelərini gücləndirir. Bu isə Birləşmiş Ştatların siyasətinə ziddir.

Beləliklə, əgər tərəflər arasında kompromis əldə olunmazsa, münaqişənin yenidən alovlanması ehtimalı artır. Lakin faktlar da göstərir ki, diplomatik kanallar bağlanmayıb və tarixə nəzərə salanda da tərəflərin ən sərt mövqelərdə belə müəyyən yumşalmalara gedə bilirlər. Lakin hazırkı şərtlər daxilində sürətli razılaşma ehtimalı zəif görünür və yaxın dövrdə gərginliyin yüksək səviyyədə qalacağı daha böyük reallıqdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İran-ABŞ_münasibətləri#Yaxın_Şərq

Oxşar Xəbərlər

İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTOSiyasət

İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi - FOTO

Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.

Bu gün
17:250
Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulubSiyasət

Azərbaycan MDB İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dəyişikliklərə qeyd-şərtlə qoşulub

Prezident İlham Əliyev "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"u təsdiq edib.

Bu gün
16:410
Yaxın Şərqdə artan GƏRGİNLİK: İran atəşkəsdən imtina, ABŞ xəbərdarlıq edir - VİDEOSiyasət

Yaxın Şərqdə artan GƏRGİNLİK: İran atəşkəsdən imtina, ABŞ xəbərdarlıq edir - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibə barədə müzakirə aparılıb.

Bu gün
16:440
"Yerin təki haqqında" qanunda dəyişikliklər edildiSiyasət

"Yerin təki haqqında" qanunda dəyişikliklər edildi

"Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bu gün
16:450